525.Az

AFFA “Xəzər Lənkəran”ı yenə cərimələdi


 

AFFA “Xəzər Lənkəran”ı yenə cərimələdi<b style="color:red"></b>

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası olub. 525.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda Premyer Liqanın IX turunun bəzi oyunlarında baş verən hadisələrlə bağlı qərar verilib.

“Neftçi” – “Kəpəz” matçında qonaq komandanın beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib. “Turan” – AZAL matçında “Turan”ın altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə edilib.

“Xəzər Lənkəran” – “Qəbələ” matçının 82-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub iki min manat cərimə olunub.

 





23.10.2012    çap et  çap et