525.Az

Rusiya Azərbaycanın sifariş verdiyi TOS-1A reaktiv odatanlarının növbəti partiyasını yaxın vaxtlarda Bakıya göndərəcək


 

Rusiya Azərbaycanın sifariş verdiyi TOS-1A reaktiv odatanlarının növbəti partiyasını yaxın vaxtlarda Bakıya göndərəcək<b style="color:red"></b>

Azərbaycanın Rusiyaya sifariş verdiyi TOS-1A «Solntsepyok» reaktiv odatanlarının növbəti partiyası yaxın vaxtlarda Bakıya göndəriləcək.

Bu barədə APA-ya Astanada keçirilən KADEX-2014 müdafiə sərgisində təmsil olunan Rusiyanın «Urallvaqonzavod» Konsernindən (UVZ) məlumat verilib.

Növbəti partiyaya 6 maşın daxildir. Zavodun mütəxəssisləri tərəfindən maşınlar Azərbaycandakı poliqonların birində atış testlərindən keçirildikdən sonra təhvil veriləcək.

UVZ-dən verilən məlumata görə, Azərbaycanla bağlanmış müqavilə 18 ədəd TOS-1A «Solntsepyok» odatanının çatdırılmasını əhatə edir. Ötən il 6 maşından ibarət birinci partiya Azərbaycan Müdafiə Nazirliyinə təhvil verilib. Həmin maşınlar iyun ayında Bakıda keçirilən hərbi parada nümayiş olunub.

Qeyd edək ki, T-90 tanklarının şassisi üzərində yerləşən TOS-1A sisteminin atış məsafəsi 7 km-dən artıq, bir raketinin məhvetmə sahəsi 2.5 hektardır. Bu sistem xüsusilə dağlıq ərazilərdə düşmənin açıq və bağlı atəş nöqtələrini məhv etmək üçün xüsusi üstünlük verir. Sistemin atış zamanı yaratdığı güclü təzyiq və yanğın qayaları parçalayır, dağlarda daş axını yaradır.

Hazırda TOS-1A sistemləri dünyada yalnız Rusiya, Azərbaycan və Qazaxıstanın silahlanmasında yer alır

 





26.05.2014    çap et  çap et