525.Az

“...Mənim nostaljim gələcəklə bağlıdır”


 

“...Mənim nostaljim gələcəklə bağlıdır”<b style="color:red"></b>

Sevinc MÜRVƏTQIZI   

Görkəmli filosof Səlahəddin Xəlilovun rəhbərlik etdiyiFəlsəfə dünyasına daxil olmaq üçün həqiqi həm abstrakt anlamda ən azı 40 pilləkən qalxmalıydım. Ucalığa varmaq cəhdi yormadı,  çünki böyük alimlə söhbətimiz ərzində zaman məkan anlayışı dəyişmişdi sanki... Filosof nostaljisinin tam fərqli olacağını düşündüyümdə yanılmamışdım... Mükaliməmizi sadəcə nostalji söhbət adlandırmaq mahiyyəti bəsitləşdirmək olardı, əslində mən böyük mütəfəkkiri dinlərkən tam bir zamansızlıq məkansızlıq duyğusu yaşamaqla bərabər, həm yeni ideyaların doğuluşuna şahidlik etmək şansını yaxalamışdım...

Səlahəddin Xəlilov təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan, etiraf qəbul edilən alim, filosof, onlarla fəxri adın rütbənin daşıyıcısı olmaqla bərabər, bunların hamısının fövqündə dayanan əsl varlığının mahiyyətinə uyğun ünvan sahibidir: Milli ruhun daşıyıcısı! Filosof söhbət zamanı vurğulamışdı ki, millət, Vətən milli ruhun daşıyıcıları ilə xarakterizə olunur. Düşünürəm ki, bu anlamda Səlahəddin Xəlilov MİLLƏT-dir, VƏTƏN-dir. Nostaljinin mahiyyəti elə əslində VƏTƏN üçün qəribsəmək deyilmi? Elə isə, Millətimizi, Vətənimizi bir daha yaxından tanımaqda çox fayda var... “Qərib ünvanların, “yad qürbətlərin saxta cazibəsinin, süni parıltısının göz qamaşdırdığı çağdaş zəmanəmizdə bu VƏTƏN-in nostaljisi ÖZÜMÜZƏ, ÖZLÜYÜMÜZƏ, ÖZÜLÜMÜZƏ qayıtmaq üçün bizə vacibdir, çox vacibdir...

Nostalji xatirə duyğu kontekstində ortaya çıxır 

Nostaljidərəcəsindən xarakterindən asılı olaraq dilimizdə bir neçə fərqli sözlə ifadə olunur: nisgil, xiffət, qəribsəmək... Etimoloji baxımdan nostaljini ən dəqiq ifadə edən söz qəribsəməkdir. Başqa cür desək, vətənə, evə-eşiyə, elə-obaya cazibə mənasında qəriblik duyğusu. Sadəcə olaraq, burada məkanca uzaq düşməkdən daha çox, zamanca uzaq düşmək nəzərdə tutulur.  Müəyyən bir situasiyanın, hadisənin insanı yenidən duyğulandırması... Bu heç həmin hadisəyə ya zamana qayıdış istəyi deyil daha çox dərəcədə insanın öz həqiqi varlığının, daha dərin yaşantılarının məhz hansı duyğularda qaldığını sezməkdir.

Sadəcə insan özünü birdəfəlik yox, vaxtaşırı olaraq dərk etməyə çalışmalıdır. Hərdən birpapağını qarşısına qoyub düşünməlidir”. Keçdiyi yolu götür-qoy etməli, yenidən dəyərləndirməlidir.

Lakin keçmişə ağıl süzgəcindən, prizmasından baxmaq, düşünülmüş özünütəhlil bir şeydir, keçmiş hisslərin adamın özündən asılı olmadan yenidən canlanması, adamın zehniniişğal etməsibaşqa şeydir. Nostalji ağıl bilik kontekstində deyil, xatirə duyğu kontekstində ortaya çıxır. Xatirə biliklər şəklində deyil, təsəvvürlər şəklində saxlanır. İnsan başına gələn hadisələri duyduğu, qavradığı kimi yadında saxlayır ona görə xatirə həyatın ikincimənəvi-duyğusal mövcudluğudur, həm maddi həyatdan fərqli olaraq zamanın dönməzliyi qanununa tabe olmayan istənilən vaxt bərpa oluna bilən, yenidən baş verən bir mövcudluğudur. Xatirəacı yaşirin”,  solğun yaal-əlvanola bilər, insanın vaxtilə keçirdiyi hissləri yenidən təkrar etdirə bilər.

Mənə görə bu gün keçmişin davamı olmaqdan daha çox, gələcəyin başlanğıcıdır   

Adətən insanlar keçmişin xiffətini çəkirlər. Paradoksal görünə bilər, amma mənim nostaljim gələcəklə bağlıdır. Mənim üçün bu yeni gün keçmişin davamı deyil, gələcəyin başlanğıcıdır. Yəni, mən həmişə gələcəyimi yaşayıram.  Mənim üçün həyat xəyalımda qurduğum həyatdır, planlarımdır, arzularımdır, istəklərimdir bunların layihələri, müxtəlif modelləri nəhayət canlı yaşantılarıdır. Əbu Turxanın bir aforizmini həmişə epiqraf kimi gətirirəm: “Bu günü olmayan xalqın keçmişi yoxdur”. Önəmli olan gələcək yüklü bu gündür, keçmiş deyil. Bu gün yoxdursa, keçmişdən fayda var? Əslində,  keçmişin meyarı bizim bu günümüzdü, bugünkü mənəvi varlığımızdı. Keçmiş ancaq gerçək ruhi-mədəni varlığımızda təmsil olunduğu dərəcədə var. Bu mənada keçmişi canlandıran, ruhlandıran, işıqlandıran onun meyarına çevrilən bu gündür. Müəyyən mənada bu günündən narazı olanlar keçmişin xiffətini çəkirlər. ya dünənində yaşadığı, amma davam elətdirə bilmədiyi bir keçmiş üçün qəribsəyirlər. Təəssüf ki, insanların böyük əksəriyyəti keçmişə yönəlik, keçmişi xəyalında canlandıraraq xatirələrlə yaşayır. Daha çox xatirələrlə yaşayan insanda keçmiş üçün nostalji çox olur. Arzularla, məqsədlərlə, idealla yaşayan insanda isə nostalji gələcək üçün olar.

Sual oluna bilər: Axı gələcək hələ yaşanmayıbsa, nostalji mümkündürmü? O zaman ki, gələcəyə doğru addımlamaqda özündə qüvvət tapırsan, özünlə millətinin ahəngdarlığını, vəhdətini hiss eləyirsən məqsədlərinin öz xalqına ya heç olmasa, kiməsə lazım olduğuna əminsən, onda yaradıcılıq əzmi yaranır. Gərək gələcəyi əvvəlcə fikrində yaşadasan ki, sonra həyatında yaşaya biləsən. Xalqımızın da müdrik bir misalı var ki, ağla gələn başa gələr. Gələcək bizim idealımız istiqamətindədir. O zaman ki, insanın idealı onun təsəvvür elədiyi kimi olmur, o zaman ideal öz mənasını itirir. Gələcək üçün idealdan uzaqlaşma, yadlaşma hiss edəndə, sən bir məqsəd uğrunda çalışarkən o başqa səmtə üz tutanda bəri başdan bəlli olanda ki, ideal baş tutmayacaq, deməli, xəyalda qurduğun bir həyatın bəri başdan sapıntılarını, onun uğursuzluğunu, bu reallığın xəyal qırıqlığını yaşayırsan. Amma o biri tərəfdən, hələ sənin xəyal qırıqlığına uğramadığın, hələ inandığın məqam ki var; bu xalq, vətən həmin ideala doğru gedir bu vətən məhz sənin xəyalında yaratdığın, uğrunda ölməyə hazır olduğun vətəndir, bu ideal da həmin idealdır- qədər gözəl idi. O zamana qədər ki, mənim daxili varlığımla kənar varlığım, milli varlığımla fərdi varlığım bir-birini tamamlayırdı. Bax, həmin yaşantılarım indi ancaq mənim xəyalımda qaldı. Haçalanma oldu, amma o xəyalı mən hələ yaşadıram. Əslində gerçəklik başqadı, amma yaşatdığım xəyal üçün nostalji yaranır. Belə bir adam ilk fürsətdəcə gələcəyinin yaşantısına, xəyallarına  çəkiləcək. Sonra onu oyadırlar,  gerçəkliyə qaytarırlar. Sonra yenə həmin dilemma, həmin təzadlar, həyatın həmin riyakarlığı, ictimai həyatla fərdi ideal arasındakı uyğunsuzluq...Bax, bu halda xəyaldakı gələcəyin nostaljisi yaranır...   

Fəlsəfi söhbəti anlaya biləcək bir auditoriyanın nisgilini çəkirəm 

Bir müəllim kimi çoxdandır həsrətini çəkdiyimauditoriyadır, tələbələr, dinləyicilərdir. Axı, fəlsəfə qarşı tərəflə dialoq tələb edir. Əlbəttə, düşünmək olar ki, auditoriyadan çox auditoriya var. Amma mən auditoriya dedikdə, əlində tələbə bileti olan gənclərin toplaşdığı hansısa sinif otağını, yaxud məmurlarınmı, fəlsəfə professorlarınınmı toplaşdığı hansısa dəyirmi masanı nəzərdə tutmuram. Mən fəlsəfi söhbəti anlaya biləcək, tərəf-müqabil ola biləcək, əks-əlaqə yaradılmasını təmin edəcək bir auditoriyanın nisgilini çəkirəm. Heç olmasa, üç-dörd nəfər... Təəssüf, indi ölkəmizdə belə bir auditoriya yığmaq çox çətindir. Elə əvvəllər çətin idi. Bu məqsədə nail olmaq üçün 15 il əvvəl ölkənin ən istedadlı gəncləri arasında müsabiqə elan edərək, “Gənc istedadlar klubuyaratmışdım.  Maraqlıdır ki, 50 nəfər fəlsəfi təfəkkürlüistedadarasına fəlsəfə fakültəsindən heç bir nəfər düşə bilməmişdi. 50 nəfər gənc 20 nəfər sayılıb-seçilən elm adamları: Cavad Heyət, Yaşar Qarayev, Nurəddin Rzayev, Fəraməz Maqsudov, Kamal Talıbzadə, Budaq Budaqov, Asəf Nadirov kimi görkəmli ziyalıların iştirak etdiyi məclisdə bir növ nəsillərin dialoqu təmin olunurdu. Hər dəfə mühüm bir fəlsəfi problem müzakirəyə çıxarılır gənc istedadlar sərbəst mühakimə yürüdür, öz intellektlərini ümummilli problemlərin araşdırılmasına yönəldirdilər. Bu diskurs bir neçə il davam etdi. İndi belə bir auditoriyanın arzusundayam. 

Vətən mənim üçün milli ruhun varlığıdır 

Doğulduğum yerlərə çoxdandır ki, getmirəm. Mənim üçün cismani dünya onun hər hansı guşəsi, hadisə tərəfləri artıq o qədər uzaqda qalıb ki... Təbiət özü rəmziləşib.

Bu hissi izah etmək üçün əvvəlcə başqa bir misal gətirmək istəyirəm. İnsanlar müəyyən günlərdə yaxınlarını, doğmalarını yad eləmək üçün məzarlığa gedirlər. Mənə təəccüblü gəlir ki, insan bir qəbir daşının altında öz doğmasını necə axtara bilər? Yəni doğmalarımız həmişə bizimlə deyilmi? Ya  mən onun ruhunu yad eləmək istəyəndə öz daxili aləmimdə, öz ruh aləmimdə yad eləmirəmmi ki, hansısa əlahiddə bir məkana gedim? Axı o məzarlıq doğmam üçün səciyyəvi məkan deyil. Doğmam ömründə o məkana bir dəfə, o da dünyasını dəyişəndən sonra gedib. Onun mənimlə bərabər yaşadığı anlar mənim xatirimdədirsə, arzuları, idealları yadımdadırsa bunları yenidən işıqlandırmaq, yaşatmaq daha önəmli deyilmi? Əlbəttə, cismani yadigarlar rəmzi səciyyə daşıyır. Lakin rəmzin arxasında mənəvi-ruhani məzmun olmayanda o, rəmziliyini itirir.  Əsl fəlsəfə cismani dünyanı, əşyalar aləmini qəbul eləmir. Yəni, var olan ruh aləmidir. İnsan onun ruhu, sonrakı planda şüuru, düşüncəsidir. İnsan onun bədəni deyil, cəsədi heç deyil. Doğmamın  ruhu daha çox mənim ətrafımda dolaşır onu yad etdiyimdə qəlbimdə olur.

Bunu izah eləyəndən sonra bəsit vətən anlayışı, ilkin doğulduğum ev, kənd, bölgə ilə  bağlı onu deyə bilərəm ki, getməsəm , oralardan qalıbsa, hamısı zatən mənimlədir. Mənim ruh aləmimdə yaşayanları gedib hansısa cismani məkanda, hansısa daşda-kəsəkdə axtarmağım gülməli şeydi. Vətən mənim üçün milli ruhun varlığıdır. “Doğulduğum yerlərə illərdir getmirəmdeyəndə bunu nəzərdə tuturam. Uşaqlıqda biz yayda Dağ Sarvan adlanan yerə gedərdik, ora alp zonasıdır, ancaq çiçəklər vardı, heç ağac da bitmirdi. Ordakı o dağ çayı, buz kimi bulaqlar, o havanın saflığı ruhuma çöküb. Mənim filosofluğumda onların da payı var. Mən bütün bu təbii rəmzləri öz ruhumda yaşadıram, niyə gedib orda axtarmalıyam ki? Bəlkə gedib oraların dəyişdiyini görsəm, xəyal qırıqlığı yarana bilər. Önəmli olan kənd-kəsək yox, insanlardı, münasibətlərdi. Mənim üçün nostalgiya daha çox insanlarla bağlıdır, insanlar da hardasa müəyyən mənada şəxssizləşir, konkretlik itir, ortada hansısa bir ideya, mənəvi prinsip qalır. Mənim gəncliyimin formalaşmasında rolu olan mənəvi prinsiplər rəmzi mənada konkret hadisələrlə bağlı olsa da, onlar yavaş-yavaş ümumiləşib zamandan, məkandan asılılıq aradan qalxıb.

İnsan hər şeydən önəmlidir. Vətən təbii sərvətinə görə yox, mədəni-mənəvi sərvətinə, insanlarına görə, elm sənət adamlarına görə tanınmalıdır. Milli ruhun daşıyıcıları var olduqca, millət mövcudluğunu saxlayacaq, Vətən qorunmuş olacaq.

Gələcək üçün nostaljinin bir özəlliyi bundadır ki, onun vaxtsa gerçəkləşməsi şansı var. Yəni nostaljilər güclü olsa, duyğular ağıl tədbirlə birləşə bilsə, o yenidən yaradıcılıq əzminə çevrilə bilər.  

 





26.05.2014    çap et  çap et