525.Az

Bəzi rayonların qaz təchizatında fasilələr olacaq


 

Bəzi rayonların qaz təchizatında fasilələr olacaq<b style="color:red"></b> Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görüləcək işlər ilə əlaqədar bu gün saat 12:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Siyəzən rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Cəlilabad rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Qusar rayonuna, saat 16:00-dan 18:00-dək isə Masallı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





26.05.2014    çap et  çap et