525.Az

Almaniyadakı Azərbaycan diasporu 28 May Respublika Günü ilə bağlı tədbir keçirib


 

Almaniyadakı Azərbaycan diasporu 28 May Respublika Günü ilə bağlı tədbir keçirib<b style="color:red"></b> Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 28 May – Azərbaycan Respublikasının 96-cı ildönümünə  həsr edilmiş gecə təşkil olunub.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova giriş sözü ilə açaraq 1918-ci il mayın 28-də qurulan Azərbaycan Demokratik Respublikası, onun tarixi və iki ildən sonra bolşevik Rusiyası tərəfindən süquta yetirilməsi haqqında məlumat verib. O, yenidən bərqərar olmuş 23 illik istiqlaliyyətin müvəffəqiyyətlərini tarixi ənənələrin davamı kimi qiymətləndirib.
 
Tədbirdə çıxış Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov isə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, eləcə də siyasi aləmdə tutduğu mövqedən danışıb. Fikrət Axubdov bu istiqamətdə Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətini və keçirilən tədbirləri müsbət dəyərləndirib.
 
Tədbirin bədii hissəsinin qonağı Berlində yaşayan rejissor və aktrisa Naiba Tural Azərbaycan ədəbiyyatından seçilmiş şerləri ifa edib.
 
Gecənin bədii hissəsi rejissor və rəssam Şamil Nəcəfzadənin “Sirli bənövşə“ qısametrajlı  filminin nümayişi ilə davam edib. Film Xll əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli qadın şairələrindən biri Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Filmin nümayişindən sonra müasir Azərbaycanı əks etdirən qısa çarxlar göstərilib, Azərbaycan musiqisi səsləndirilib.
 





26.05.2014    çap et  çap et