525.Az

Mərdliyin profilləri- Con F.Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri- <b style="color:red">Con F.Kennedi</b>

Lakin Qanunvericilik bundan keçmədi. Fevralın 4- hər iki Palatadan keçən Qətnamə Lamara belə bir təlimat verdi ki, Blend Gümüş Billinə səs versin Missisipi naminə onun səsvermədən keçməsinə əmin olmaq üçün sözçü kimi bütün lazım olan cəhdlərdən istifadə etsin.

Lamar bu hərəkətdən dərindən narahat oldu. O, bilirdi ki, Qanunvericilik təlimatlarını əlaqələndirmək hüququnun möhkəm kökləri Cənubdadır. Onu təyin etmiş Qanunvericiliyin tələbləri barədə arvadına yazdığı məktubda o, etiraf edirdi ki, “mən bunu edə bilmərəm. Mən bundansa siyasətlə həmişəlik qurtara bilərəm”. O, Qanunvericilik orqanında olan dostuna izah etməyə çalışırdı ki, o, federal siyasətin məsələləri üzrə öz rəyini ifadə edən orqanın hüququnu tanıyır Senatorun vəzifəsi, o, hansı kursla davam edəcəyinə şübhə etdikdə, həmin ekspressiyalara dözməkdir. Lakin bu xüsusi hadisədə o, təkid edirdi ki, “onların arzuları bütün həyatın inandırdıqları ilə birbaşa münaqişədədir; mən (Metyu Qətnaməsinə) göstəriş əsasında səs versəm, mən onda ilk səsimi öz vicdanım əleyhinə verəcəyəm”.

Əgər (Senator) vətəndəki öz dostlarının rəyləri tərəfindən idarə olunmasına imkan versə, o, necə özünü onlara, onlar isə ona özlərini həsr edə bilər, o, əvvəlki hazırlığın təhsilin zəngin nəticələrini kənara atacaqdır  onlardan bir neçə gün ərzində dəyişilə bilən hisslərinin sadəcə bayağı eksponentinə çevriləcəkdir... Belə kurs istənilən adamın dövlət xadimliyini karlik ölçüsündə edəcəkdir onun səsi sadəcə gözlənilən tək olacaqdır, kamil dəqiqliyin nəticəsi olmayacaqdır”.

Buna baxmayaraq, mərdlik fəlsəfəsi ilə razılığı onun siyasi həyata qayıtmasını idarə etdi, Lamar qət etdi ki, öz bölməsi ona sadəcə əks mövqedə olduğuna görə geri dönməsin. O, belə qənaətə gəlmişdi ki, köləlik xətti vasitəsilə özü sektsiyası üçün Şimalın hörmətini satın almayacaqdır; lakin ləyaqəti əsas götürərək qərara almışdı ki, qanun layihəsi düzgün deyildir, o, Cənubda dövlət xadimliyinin ölmədiyini ya Cənubun milli borc şərəfdən əl çəkməyin arzu olunmayan olduğunu millətə nümayiş etdirmək qayğısını çəkirdi. O, hiss edirdi ki, bu məsələdə xüsusi əhəmiyyəti olan odur ki, Cənub hərəkətin dar sektsional kursunun arxasınca getməyəcəkdir. İllər ərzində o, mübahisə etmişdi ki, Cənub Demokratları Birləşmiş Ştatlar hökumətinin Vətəndaş müharibəsi ərzində irəli sürdüyü vəzifələrin ləğv olmasını axtarmayacaqdır. Lamar Cənub Demokratları arasında Corciyadan olan Senator Ben Hill istisna olmaqla, yeganə adam idi ki, “Sərbəst Gümüşhərəkatının əleyhinə çıxdı. Ben Hill demişdi ki, müharibə ərzində onun etdiyi ən yaxşı şey o idi ki, Birliyin istiqraz vərəqəsini altmış sentə almış, verdiyi altmış senti itirmişdi, bu vaxt isə ona vəd edildiyi dolların ödənilməsini istəyirdi.

Bir həftə sonra Blend Gümüş Billi axırıncı səs vermə üçün Senat qarşısında qoyuldu. Debat sona çatanda gözlənilmədiyi halda Senator Lamar ayağa qalxdı. Onun əlində heç bir qeyd nişanəsi yox idi, çünki o, Senatda vaxtsa mövcud olmuş ən parlaq improvizasiya ilə çıxış edən natiqlərdən biri idi (“Qələm mənim ağlımdakını söndürəndir” – o, deyirdiəsəblərimə işgəncədir”). Qeyd əvəzinə əlində Missisipi ştatının böyük möhürünü gəzdirən rəsmi sənədi tutmuşdu bunu səhifə-səhifə stolun üstünə qoyurdu. Öz kolleqalarına tərif dedikdən sonra Senator Lamar izah etdi ki, Gümüş Billi barədə artıq öz baxışlarını bildirməsinə baxmayaraq, o, “özünün bir borcunu da icra etməlidir; ən ağrılı cəhət olmasına, baxmayaraq ki, aydındır”. Sonra o, xahiş etdi ki, stolunun üstünə qoyduğu qətnamələr oxunsun.

Senat əvvəlcə təəccübləndi sonra məmur Missisipi Qanunvericiliyinin Blend Gümüş Billinə Senatorların səs vermələri barədə ekspress-iradəsini oxuyanda, zalda diqqətəlayiq bir sakitlik yarandı. Məmur təlimatları oxuyub başa çatdıranda, bütün gözlər Lamara dikildi, lakin bircə adam onun gözlədiyinə əmin idi. VaşinqtonunCapitolqəzetinin reportyoru bunu belə təsvir edir:

Qəbul olunacaq qanun layihəsi ilə bu centlmenin utancaq mövqeyini nəzərə alaraq, hər bir Senator o dəqiqəcə diqqət verməyə başladı zal qəbir kimi sakitliyə çevrildi”.

Senat zalında iri bədənli, lakin tənha fiqura olan Lutsius Lamar sakit, lakin güclü səslə danışırdı, səsemosiya ilə titrəyərək qalxırdı, onun bədəni təşviqata uyğun qaydada yırğalanırdı”.

Mister Prezident, bu qətnamələrlə mənim əqidələrim arasında böyük uçurum vardır. Mən onları qəbul edə bilmərəm... Mənim vəziyyətimin üzərində gənclikdə təhsilə kömək etmək imtiyazım olduğundan, mən daim çalışmışam ki, öz inamım həqiqət saxtakarlıqdan, vicdanlılıq siyasətdən, mərdlik qorxaqlıqdan yaxşı olduğuna görə onları ifadə edim. Bu gün aldığım dərslər mənə qarşıdır. Bu gün mən ya düzgün, ya da saxta, vicdanlı ya hiyləgər, öz xalqına sədaqətli ya da sədaqətsiz olmamalıyam. Hətta bu saat onların qanunvericiliyinin narazılığı bəyənməməsi qarşısında da olduğum bir vəziyyətdə mən bu qətnamələrə səs verə bilmərəm.

Öz səsimin səbəblərini mən öz xalqıma izah etməliyəm. Onda bu onlara qət etməyə imkan verəcəkdir, vicdanlı şəkildə öz məsləkimə sadiq olmağım onları təmsil etməyi dayandıracaqdır. Çətin mürəkkəb məsələ barədə rəy müxtəlifdirsə, ona görə mənə səbir, uzun davam edən vicdanlı qaydada öyrənmək lazım gəldi, buna bütöv vicdanlılığı məqsədimin yeganəliyini tabe etmişəm, buna görə mən qüdrətli Allahın mənə verdiyini sərf etməklə, sizdən ayrıldığımı bildirirəm;... lakin onların iştirakı ilə qərar necə olacaqsa, həm bilirəm ki, həmin vaxt uzaqda olmayacaqdır ki, o zaman mənim bu günkü hərəkətimin müdrik ədalətli olduğunu onlar etiraf edəcəklər; öz borcumun vicdanlı məsləki ilə silahlanaraq sakitcə nəticələri gözləyəcəyəm, çünki böyük AmerikanınHəqiqət hər şeydən qüdrətlidir ictimai ədalət şübhəsizdirkəlamına inanıram”.

Qanun layihəsinin hər iki tərəfində olan Senatorlar o saatca onun stolunun yanına yığışdılar ki, igidliyini tərifləsinlər. Lamar bilirdi ki, onun natiqliyi səs verməsi, Blend Billinin çoxluğunun səsi ilə qəbul edilməsinin prezident Heysin vetosunu da keçərək onun sonradan qüvvəyə minməsinin qarşısını ala bilməyəcəkdir. Həm onun məqsədli qəribə bir mərd qaydada öz seçicilərinin iradəsinə tabe olmaması da bütünlüklə əbəs deyildi. Bütöv Şimalda nitq yüksək qaydada tərifləndi. Cənuba qarşı etimadsızlıq onun milli borca milli etibara münasibətinə şübhə azalmışdı. “Harper`s WeeklyLamarınöz ştatının möhkəm ümumi ictimai hissiyyatınaəks olaraq səs verdiyini qeyd edərək, bunu belə yekunlaşdırırdı:

Heç bir Senator mister Lamar kimi özünün ümumi hörmətə daha çox layiq olduğunu göstərməmişdi; öz ştatının ən nüfuzlu etirazı qarşısında, öz prinsiplərinə görə heç üçün daha bütöv insan kimi dayanmamışdı... Missisipidən Demokratik Senator Amerikan dövlət xadiminə çevrilməklə kişilik mərdliyi göstərdi”.

The NationLutsius Lamarın qısa çıxışını, öz ştatının təlimatlarına məhəl qoymamasını izah etməklə, insanlığa, ləyaqətə, “Konqressdə heç vaxt ötüb keçilməyən pafosa görənəşr etdi.

Əvvəlcədən irəlini görmənin baş tutacağı yəqin ki, görünürdü. Missisipidə Senatora hücum qəfləti güclü idi. O, öz xalqına sektsiyasına arxasını çevirdi. Bir siyasi natiqin sözlərinə görə, o, “çox tələsik düşmən sıralarına birləşdi, beləliklə öz həlak olmuş yoldaşlarının qəbirlərinin üstündə büdrədi”. Köhnə dostu Cefferson Deyvis Lamarı Qanunvericiliyin təlimatlarına məhəl qoymamaqlabizim siyasi sistemin əsasına Cənub Demokrat partiyasının uzun müddət mövcud olan təcrübəsinə hücum edən kimi, onu dərindən yaralamaqla, ictimai qaydada məhkum etdi. İmtina etmək, ya tabe olmaq, yaxud da vəzifədən istefa vermək, onun seçiciləri belə qaydadaeləsini seçməli idilər ki, o, həqiqətən onları təmsil etsin”. Deyvis deyirdi ki, idarə etmək üçün fərasətlilərin sayı barədə xalqın tələbi vardır (Lamar öz keçmiş rəhbərinin münasibətindən ağır zərbə almışdı, lakin bir neçə gün sonra bir qeydini işıqlandırdı. Bu vaxt Senator Hoar qanun tərəfindən Deyvisə Meksika müharibəsinin iştirakçısı kimi verilən pensiyanı ləğv etməyə çalışanda, Lamar Konfederat lideri barədə unudulmaz müdafiəedici bir çıxış etdi:

Ser, bu heç bir mərdlik göstərməyi tələb etmir; mən inanıram ki, centlmen xristian dövlət xadimləri arasında rütbə əldə edir. O, mifologiyanın səhifələrindən daha yaxşı dərs ala bilər. Prometey qayaya mıxlananda, bu, qurbanın həyati orqanlarına öz dimdiyi ilə işgəncə verən qartal deyildi, o quzğun idi”.

Müasir şəraitə uyğun olaraq, Lamar mızıldanırdı: “O, quzğun idi”, onun sağ əli kənara tuşlanmışdı barmağı birbaşa Hoarı göstərirdi).

Hamı razılaşdı ki, Lamar bir seçki müddətindən sonra siyasi meyiddir yeganə məsələ isə məhz kimin onun varisi olacağı idi. Lamar Missisipini sevirdi ştatın tənqid edilməsi onu dərindən ağrıdırdı. O, arvadına yazırdı ki, elə maliyyə vəziyyətində olmağı arzulayır ki, öz ailəsinə ədalətsizlik etmədən öz vəzifəsindən gedəydi:

Bu dünya yalnız səninlə əlaqə istisna olmaqla kasaddır. Mən Şimaldan çox sayda tərifli məktublar alıram, çox az sayda məktubu isə Missisipidən alıram. Bu həqiqət ola bilərmi ki, Cənub onun əsl maraqlarını güdənlərin, özünün zirehsiz döşünü səhvin müdaxiləsinə qarşı maneə kimi təklif edənlərin qərəzsiz məhəbbətini məhkum etsin?... Bu həqiqətən ictimai adamın ürəyinin üstünə qoyulan ağır xaçdır ki, ondan öz seçicilərinin uzaqlaşan məhəbbətinin etimadının səbəblərinə qarşı dura biləsən”.

Lakin özünün məşhur əmisi, texaslı Mirabo Lamar ailəsinin digər üzvləri kimi Lutsius Tsintsinnatus Lamar aşıb-daşan əllaməliklərdən qorxmurdu. Etiraf edildiyi kimi, o, Qanunvericiliyin təlimatlarını pozdu, o, deyirdi: “Mən suveren xalqa, mənə təlimat verən qanunvericilik ustalarına müraciət edəcəyəm”.

Bu bəyanatla Senator Lamar Missisipi üzrə uğurlu səfərinə başladı. Dolu zallarda açıq tarlalarda minlərlə adamla, camaatla danışaraq, Lamar səmimi surətdə bəyan edirdi ki, ona agahdır ki, seçicilərin xoşuna gəlməyəcəkdir; o, həm bərabər qaydada hali idi ki, istifadə edilməli asan yol sektsional səbəb idi, o, da daim özünü buna həsr etmişdi, lakin onun məqsədi ondan ibarət idi ki, sektsional təzyiqlərə məhəl qoymadan milli marağa səs verməklə Şimalla Cənub arasında etimad hissini qarşılıqlığını yaratmağa kömək etsin.

Saat üçdə ya dörddə onun ehtirama təxəyyülə əsaslanan istedadlı nitqi, onu ələ salmağa gəlmiş kütlələri heyran etdi. Sonralar bir neçə müşahidəçi yazırdı ki, “axında daşları süpürüb atan dağ çayı kimi, onun xəttinə müxalif olmağa cəhd edənlərlə o, həmin qaydada danışırdı”.

Lakin Lamar məsələdən yan keçmək üçün emosiyaları qızışdırmaqdan ötəri natiqlik hiyləgərliyindən istifadə etmirdi. Əksinə, onun çıxışları mövqeyini öyrənməyə kömək edən izah idi, Senatın konstitusional tarixi ilə onun ştat qanunvericilikləri ilə əlaqəli dövlət xadimlərini Börkün, Kalhounun, Uebsterin digər məşhur Senatorların nümunələrini, hansılar ki, Qanunvericilik təlimatları ilə razılaşmırdı, irəli aparırdı: “Öz adlarını vermiş məşhur adamların nümunəsi ilə hərəkət etmək, populyar qışqırığa hörmət etdikdə, bütünlüklə ədaləti məsləki tərk etməkdən daha yaxşıdır”.

(Ardı var)

 





26.05.2014    çap et  çap et