525.Az

Qafqaz Universitetində III İqtisadi Forum keçirilib


 

Qafqaz Universitetində III İqtisadi Forum keçirilib<b style="color:red"></b>

Qafqaz Universiteti Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Qafqaz Universitetində III İqtisadi Forum keçirilib.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, bu il üçüncü dəfə keçirilən forumun I və II-si müvafiq olaraq 2012- ci ildə Şamaxıda və 2013-cü ildə Nabran şəhərlərində baş tutub. Şamaxı və Nabranda keçirilən forumlar qlobal iqtisadi problemlər, ölkələrin regional əməkdaşlıq imkanları və iqtisadiyyatda yeni yanaşmalar kimi mövzulara həsr edilib. Əvvəlki illərdən fərqli olaraq bu il forum ölkÉ ™miz üçün daha prioritet sahəyə istiqamətlənib: «Ümid edirəm, bu forum çərçivəsində səsləndiriləcək fikirlər və ortaya qoyulacaq innovativ ideyalar İqtisadiyyat və Sənaye Nazirliyinin həyata keçirməyi planlaşdırdığı layihələrin reallaşdırılması işinə də özünün töhfəsini verəcək».

Qeyd edək ki, 2014-cü ilin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Sənaye İli” elan edildiyini nəzərə alaraq, bu istiqamətdə töhfə vermək məqsədilə forum sənaye mövzusuna həsr edilmişdir. Forum zamanı s ənayeləşmə prosesində iki əsas istiqamətdə - iqtisadiyyat və sahibkarlıq – milli sənaye strategiyasının formalaşması, innovasiya, sənayeləşmədə maliyyə institutlarının rolu və sənaye müəssisələrində istehsal-marketinq fəaliyyətləri kimi əhəmiyyətli mövzularda plenar iclaslar keçirilib.

Bu çərçivədə, forum Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin əsas məqsədi olan Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə tədqiqatlar aparmaq və dövlət orqanları, digər müvafiq qurumlar üçün faydalı ol a biləcək təklif və tövsiyələr hazırlamaq istiqamətində böyük rol oynayacaq.

Forum çərçivəsində, sənaye-universitet əlaqələrinin inkişafı, yeni ideyaların tətbiqinin təşviqi, elmi tədqiqat işlərinə ayrılan vəsaitin artırılması və effektiv istifadə olunmasının təmini, sahibkarlar üçün biznesə başalma prosesinin daha da asanlaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, İKT infrastrukturunun daha da təkmilləşdirilməsi, texnopark sistemlərinin inkişafı və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Forum işti rakçıları – Sərvər Qurbanov, Kənan Ağayev, Cəbrayıl Vəliyev və başqaları innovasiya və onnovasiyaya aparan yol və bu prosesin mərhələləri analizi, innovasiya və rəqabətə dayanıqlı milli inkişaf, Qlobal innovasiya indeksi 2013 və Azərbaycan, Sənaye Tədbirlər Planının «Azərbaycan 2020» İnkişaf Konsepsiyasının tamamlayıcısı olan dövlət sənədi olması ilə bağlı mövzular ətrafında da öz fikirlərini bölüşüblər.

Forumda başda elmi ictimaiyyət olmaqla, dövlət və özəl sektor nümayəndələri iştirak ediblər. Sonda forumun bəzi iş tirakçılarına Qafqaz Universitetinin fəxri plaketi təqdim edilib.

 





26.05.2014    çap et  çap et