525.Az

470 tələbə təhsil haqqından azad edilib


 

470 tələbə təhsil haqqından azad edilib<b style="color:red"></b>

 Azərbaycanın ali məktəblərində təhsil alan 470 tələbə təhsil haqqından azad edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbul olunmuş qərara əsasən, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad olunublar. 2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 





26.05.2014    çap et  çap et