525.Az

Xaçmazda oğul atanı bıçaqlayıb


 

Xaçmazda oğul atanı bıçaqlayıb<b style="color:red"></b> Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.
 
Kənd sakini, 1961-ci il təvəllüdlü Dəmirov Əhliman Abbasqulu oğlu 1990-cı il təvəllüdlü oğlu Səxavət tərəfindən bıçaqlanıb.
 
Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ə.Dəmirova boynun kəsilmiş yarası və bel nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri diaqnozu qoyulub.
 
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 





26.05.2014    çap et  çap et