525.Az

Karxanada baş verən dava bir nəfərin ölümü, digərinin yaralanması ilə başa çatıb


 

Karxanada baş verən dava bir nəfərin ölümü, digərinin yaralanması ilə başa çatıb<b style="color:red"></b> Bakıda bir nəfəri qətlə yetirib, digərini yaralayan şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin adlı şəxs münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş F.Məmmədov mayın 26-da orada ölüb, Q.Həsənovun vəziyyəti orta-ağırdır.

Hazırda Qaradağ Rayon Polis İdarəsi tərəfindən qatilin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 





26.05.2014    çap et  çap et