525.Az

Tənha adamın nağılları (Nüsrət Kəsəmənli haqqında)


 

Tənha adamın nağılları <b style="color:red">(Nüsrət Kəsəmənli haqqında)</b>

 Sizə güvənirəm yaxşı adamlar

Qardaştək, oğultək qoruyun məni,

Bir insan ömrünü vurum axıra”.

Nüsrət Kəsəmənli

 

1970-ci illərin əvvəli idi, Nüsrət KəsəmənlininAzərbaycanjurnalında bir neçə şeiri dərc olunmuşdu. Bu şeirlərin içərisindəGetmək istəyirəmşeiri vardı. Çox az bir müddətdə bu şeir gənclər, xüsusilə tələbələr arasında ildırım sürəti ilə yayılaraq dillər əzbəri oldu Nüsrət Kəsəmənliyə böyük şöhrət gətirdi.

Elə o vaxtdan Nüsrət Kəsəmənli ədəbi mühitdə  bir ulduz kimi parladı oxucular arasında sevilməyə başladı.O, minlərlə Nüsrətsevərlər kimi mənim gəncliyimin şairidir.

Az sonra Nüsrət Kəsəmənli bir-birinin dalınca öz şah şeirlərini yaratdı. OnunBiri vardı, biri yox”, “Daha nağıllara inanmıram mən”, “Bənövşə bəndə düşdü”, “Etiraf”, “Yandır məktublarımı”, “Dünən toyun idi”, “Dünya köhnə dünyadı”, “Sən demə təzədən sevmək olarmış”, “Alnından öpdüklərim”, “Dəli bir ağlamaq keçir könlümdən”, “Avtoportret s. çoxsaylı şeirləri dillər əzbəri oldu Nüsrət Kəsəmənlinin... 150-dən çox şeirinə mahnı yazıldı.

Çox təəssüf ki, ömrü çox qısa oldu!

Şəxsiyyətinə yaradıcılığına böyük hörmət bəslədiyim, ədəbiyyatşünas-alim, dostum Rüstəm Kamalla növbəti görüşlərimizin birində söhbət Nüsrət Kəsəmənli yaradıcılığından düşdü.

Qeyri-adi istedadı, fenomen duyum qabiliyyəti olan Rüstəm Kamal Nüsrət Kəsəmənlinin məhəbbət mövzusunda yazdığı şeirlərdən, onun qeyri-adi istedadından, yaradıcılığının qəribəliklərindən ətraflı söhbət açaraq, onun ölüm-həyat mövzusunda yazdığı şeirlərin üzərində xüsusilə dayandı.

Rüstəm müəllim Nüsrətin şeirlərdən misallar gətirərək sübut etmək istəyirdi ki, Nüsrət öz ömrünün sonunu görüb, hiss edib öz ölümünə aid şeirlər yazıb.

Nüsrət Kəsəmənli ilk şeirindən son şeirinəcən içində ölümü gəzdirib”. (Rüstəm Kamal)

Bu fikir mənə Nüsrət Kəsəmənli yaradıcılığına yenidən nəzər salmağa sövq etdi.

   

Mənim bu şəhərdə kimim var axı,

Bu ömrün sonuna gümanın azdır.

Yaxşılar yolumda çıraq kimidir,

Yamanlar tülkütək pusquda durub.

 

Sizə güvənirəm yaxşı adamlar,

Qardaştək, oğultək qoruyun məni.

Bir insan ömrünü vurum axıra,

Mənim bu şəhərdə kimim var axı...

                                                           (“Mənim bu şəhərdə kimim var axı”)

 

Bəli! Qoruya bilmədik bu qeyri-adi istedad sahibini...

Tülkütək pusquda duranlar yedi Nüsrət Kəsəmənlinin ürəyini...

Səmimi etiraf edirəm ki, mənim ən çox sevdiyim şeirlərini ən çox oxuduğum şairlərdən biri Nüsrət Kəsəmənlidir. Onun mənim kitabxanamda  3 kitabı var. Bunlardan biri 1991-ci ildə çapdan çıxmışHamısı sevgidəndirkitabıdır. Elə həmin ildən kitab məndədir. Bu kitabda toplanmış şeirlərin bir çoxunu əzbərdən bilsəm , bu kitab mənim stolüstü kitabımdır.

Lakin Rüstəm Kamalın o söhbətindən sonra yenidən kitabı oxudum.              
Dönə-dönə...

Öncə onu qeyd etmək istərdim ki, kitabdakı şeirləri müəllif  özü seçib,  özü tərtib edib.

Kitabın birinci vərəqində belə bir qeyd var: “Şair Nüsrət Kəsəmənli bu kitabına oxucu sınağından keçmiş şeirlərini daxil edib”.

Digər incə bir məqam! Kitaba ön söz yazılmayıb. Ön söz yerində şairinVətənşeiri yer alıb. Bu da təbii ki, təsadüfi deyil. Müəllif demək istəyir ki, “Öncə Vətəndir!”.

 

Anaların torpağı sulayan tərini sevdim,

Göy qurşağı kimi əlvan yerini sevdim.

 

....Düşməniməyan”–deyən,

Dostlarınacan” – deyən,

AnamAzərbaycan”- deyən,

Dilini sevdim, Vətən!

(“Vətən”)

 

Şairin cismani yoxluğundan 10 il keçməsinə baxmayaraq, onun şeirləri indi dillərdən düşmür. Sevənlər bir-biri ilə Nüsrətin şeirləri ilə danışır, bir-birinə olan məhəbbətlərini onun şeirləri ilə bildirirlər:

 

Günəş kimi gülümsəyir üzümə,

Əllərimə, nəfəsimə tələsir,

Əyilirəm tikan batır dizimə,

Mən susuram,əvəzimdə o əsir,

Tərəddüdü çırpıb yerə bu axşam,

Cəsarətə gələcəyəm deyəsən,

Mən bu gülü dərəcəyəm deyəsən.

 

(“Mən bu gülü dərəcəyəm deyəsən”)

 

Görkəmli dilçi, tənqidçi, ədəbiyyatşünas-alim, akademik Nizami Cəfərovun Nüsrət Kəsəmənli yaradıcılığı haqqında belə bir fikri var: “Mən Nüsrət Kəsəmənli yaradıcılığının qeyri-adiliyini, elmi anlayışlarla, akademik mülahizələrlə şərh etməli olduğu halda yalnız qeyri-adi sənət qarşısında heyrətini bildirməkdən başqa bir şey eləyə bilməyəcəyimi hiss etdiyindən təəssüflənirəm.” qədər səmimi dəqiq   ifadə!...

Nüsrət Kəsəmənlinin lirikasında eşq var, məhəbbət , sevgi var, ehtiras da, şəhvət , coşqu da, ərköyünlük , vüsal da var, hicran da, od da var, atəş , eyni zamanda bu şeirlər soyuqluq da var, nifrət , dönüklük , atılmaq da, vəfasızlıq da, etinasızlıq da, laqeydlik , bir sözlə, onun lirik qəhrəmanı canlıdır, insanı Allah necə yaradıbsa, o cür təsvir olunur, hətta o qədər canlıdır ki, o sanki müəllifin özüdür, sanki müəllif bütün bu hissləri özü yaşayıb, sonra şeirə köçürüb.

Bu baxımdan Nüsrət Kəsəmənli lirikasına heyran qalmaya bilmirsən:

Çiynimdə bir telin gəlib  mənimlə,

Dolanıb boynuma aça bilmirəm.

Bir ucu cəhənnəm, bir ucu cənnət,

Mən bu qıl körpünü keçə bilmirəm.

   

Nüsrət Kəsəmənli şeirlərinin üstün cəhətlərindən biri səmimiliyidir , etiraflarıdır...

Nüsrət Kəsəmənli öz günahlarını  səmimiyyətlə etiraf edir.Şairin ömür-gün yoldaşına xitabən yazdığıEtirafşeirinə diqqət yetirək:

 

Sənsən dağlar kimi səbrlə dözən,

Bəlkə tərəddüdlə çox döyüşmüsən,

İsti bir sevgidən yazmışam bəzən,

Soyumuş çayımı sən dəyişmisən.

 

(“Etiraf”)

   

    ya:

   

Qapını döymüşəm gecəyarısı,

Saçımda bir əlin təması gəlib,

İsti dodağımda bir öpüş izi,

Əlimdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,

Qızara-qızara yalan demişəm.

Şübhənin bəhanə payını verib,

Hələ yatmayıb ki, balam demişəm.

 

(“Qapını döymüşəm gecəyarısı”)

   

Yaxud

 

İçindən qəm ilməli əriş-arğac keçibdir,

Sevinc yarıtox gəlib,

qəm yarıac köçübdür.

Sel olan göz yaşımı bir ehtiyac içibdir.

Tanış olaq, oxucum, tanış olaq,

bu mənəm.

    (“Avtoportret”)

   

Nüsrət Kəsəmənli ehtiyaclarla qayğılarla dolu uşaqlığından ilk gəncliyindən bir nağıl danışır Daha nağıllara inanmıram məndeyir:

 

Fatmalar ayağı kəndirdə qalmır,

Kündəmiz küt gedir təndirdə qalmır.

Qarğalar tülküyə daha aldanmır,

Daha nağıllara inanmıram mən.

(“Daha nağıllara inanmıram mən”)

   

Nüsrət Kəsəmənli yaradıcılığında vaxt mühüm fəlsəfi  anlamlardan biridir.  O, vaxtının qədrini bilmədiyini təəssüflə qeyd edərək: “Vaxt uçub siqaret tüstülərində, vaxt uçub çarpayı istilərində” , “Qaldırıb qədəhə içmişəm vaxtı”, “Vaxtı su kimi içirikdeyən şairÖldürdüyüm günlər üçün rekviyemyazır:

   

Əllərimlə kiminsə telinə bağlanmışam,

Sizi bir qandal kimi əlimə bağlamışam,

Qədrinizi bilməyib sonralar ağlamışam,

Bağışlayın siz məni vaxtsız ölən günlərim.

   

Sonra isə zamanı duelə çağırır:

   

Məqsədsiz düşəndə yolun ağına,

Vaxtı bir tum kimi çırtlayanda mən,

Qışqırıb zamanın kar qulağına,

Zamanı duelə çağırıram mən.

   

... Nüsrətsevərlərə məlumdur ki, o qəfil ağır xəstəlikdən dünyasını Təbrizdə dəyişib.

Bu da  bir tale yazısı idi.

Onun Təbrizə həsr etdiyi şeirlərə diqqət yetirək. Oğlu Araza xitabən yazdığı şeirində:

   

Vətən alov etsin odunu sənin,

Böyü bu torpaqla, bu yurdla öyün.

Mən Araz qoydum ki, adını sənin,

Evimdə Arazı çağırım hər gün.

           

Bil ki, bu torpağın Araz dərdi var,

Kim deyir Arazın bir az dərdi var.

Don vurmuş həsrətin muraz dərdi var,

Hələ ki, sonunu görən tapılmır.

(“Vətən alov etsin odunu sənin”)

   

Öz övladını Araz adlandıraraq Arazı yadından çıxartmayan şairAğlama, Təbrizim, ağlamaşeirində  vətənin igid oğullarına müraciət edir:

 

Bir torpağın üstündə,

O taylı, bu taylıyıq.

Torpaq ki, ömür deyil,

Necə gəldi paylayaq.

qədərqardaşdeyib,

Uzaqdan haraylayaq,

Ucalt haqqın səsini.

De sözünü saxlama,

Ağlama Təbrizim, ağlama.

(“Ağlama Təbrizim, ağlama”)

 

Mənə elə gəlir ki, ədəbiyyatımızda elə bil Təbriz mövzusu bir qədər unudulub. Xüsusilə son dövrlərdə bu mövzuda çox az əsərlər yaranır. Bilmirəm, bəlkə o taya gedib-gəlmək bir qədər asanlaşıb, ona görədir.

Bu baxımdan Təbriz mövzusu Nüsrət Kəsəmənli yaradıcılığından xüsusi xətt kimi keçir   zaman-zaman bu mövzuya qayıdır.

Fikirlərimin təsdiqi üçün bir neçə nümunə gətirmək istərdim:

   

Güləgülə qovuşanda il-ilə,

Görəcəyəm Araz axır gül ilə.

(“Qapamayın gözlərimi”)

   

Çətin sərhədlərdən yol açmaq üçün,

Təbriz toylarında qol açmaq üçün,

Dünyanı nəğməylə dolaşmaq üçün,

Qıratı, Bozatı istəyirəm mən.

 

(“A dağlar, qalayın qarı sinəmə”)

   

Dərib bu çiçəkləri düzələm yola,

Düzəm həsrətimin torpağına, daşına.

Bir çiçək aparam Təbrizə,

Azərbaycan məktəbinin açılışına.

   

bu mövzuda yazdığı şeirlərində işlətdiyi poetik ifadələrin, arzu istəklərinin kuliminasiyası:

 

Araz axır...

O taydan da insan baxır,

Bu taydan da insan baxır.

Neçə milyon gözüyaşlı əzizimi,

O həsrətli Təbrizimi,

Oğurlamaq istəyirəm!

(“Oğru olmaq istəyirəm”)

   

bəlkə ona görə Təbrizə, o taydakılara olan sonsuz məhəbbətin, istəyin nəticəsi idi ki, ömrünün son anlarını Təbrizdə keçirdi Nüsrət Kəsəmənli Təbrizdə gözlərini əbədi yumdu, əbədiyyətə qovuşdu. Bu da bir Nüsrət Kəsəmənli öncəgörücülüyü idi bəlkə ....

Lakin o ölmədi...

Nüsrət Kəsəmənli haqqında cəsarətlə demək olar ki, o, Azərbaycanın ən böyük məhəbbət şairlərindən biridir”(Nizami Cəfərov). Dogru sözə deyəsən?!

Ramiz GÖYÜŞOV

 





26.05.2014    çap et  çap et