525.Az

“Tvitter” yəhudiləri təhqir edən mesajları sildi


 

“Tvitter” yəhudiləri təhqir edən mesajları sildi<b style="color:red"></b>

Radikal qrupların sosial şəbəkədə irqi və dini ayrıseçkilik yayan məlumatları “Tvitter”dən silinib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Məhəmməd peyğəmbəri təhqir edən filmin “Tvitter”də və digər sosial şəbəkələrdə yayılması nəticəsində tərəflər arasında yaranan münaqişədə onlarla adam həyatıın itirib.

Dəfələrlə ”Tvitter” sosial şəbəkəsində dini və irqi ayrıseçkiliyi təbliğ edən materiallar yayılıb. “Tvitter” rəsmiləri də son zamanlar baş verən olaylara münasibət bildirərək bu tip məlumatları silib.

Fransız istifadəçilərin  "ən yaxşı yəhudi ölü yəhudidir" tvitlərinin yayıldığını görən Yəhudi Tələbələr Birliyi Tvitterə şikayət ediblər. Tvitter rəhbərliyi apardığı araşdırmalardan sonra fransızca yazılan həmin mesajların hamısını silib.

Qeyd edək ki, son olaraq bu sosial şəbəkə Almaniyada fəaliyyət göstərən Neo-Nazi qruplaşmasının məlumatlarının burada yayılmasına qadağa qoyub.

Nigar Məhərrəm

 





23.10.2012    çap et  çap et