525.Az

Nazir zona müşavirəsində iştirak edib


 

Nazir zona müşavirəsində iştirak edib <b style="color:red"></b>

Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarov, adıçəkilən rayonların təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, prezident İlham Əliyevin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışıb. M. Mərdanov 6 rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb, mövcud problemlərin həlli istiqamətində görüləcək işlərə toxunub. Təhsil naziri müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə edib. Şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkədə rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib.
 
Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan M. Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirib. Müşavirənin sonunda təhsil naziri mövcud problemlərin aradan qaldırılması və qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün daha ciddi çalışmağın zəruriliyini önə çəkib və bir sıra tapşırıqlar verib

S.QARAYEVA

 





23.10.2012    çap et  çap et