525.Az

Bakı Təhsil İdarəsi ekstern imtahanın nəticəsini açıqlayıb


 

Bakı Təhsil İdarəsi ekstern imtahanın nəticəsini açıqlayıb<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 14 – 16 may 2014 - cü il tarixlərində 45 saylı məktəbdə şəhadətnamə və attestat almaq istəyənlər üçün ekstern aralıq imtahanı keçirilib.

Bu barədə Lent.az-a İdarədən məlumat verilib.  3 gün davam edən imtahanda ümumilikdə 179 nəfər iştirak edib. 111 nəfər müsbət nəticə göstərib.

Qeyd edək ki, mayın 29-dək BŞTİ–də ekstern aralıq imtahanı ilə bağlı apellyasiya komissiyası fəaliyyət göstərəcək. Nəticəsindən narazı qalanlar apellyasiya komissiyasına müraciət edə bilərlər.

Ekstern imtahanı üzrə müsbət nəticə göstərən namizədlərin siyahısı BŞTİ-nin rəsmi saytında yerləşdirilib.

 





26.05.2014    çap et  çap et