525.Az

“Qaraçuxur əməliyyatı”nda qaçan “oğru Nəriman” tutuldu


 

“Qaraçuxur əməliyyatı”nda qaçan “oğru Nəriman” tutuldu<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” restoranında keçirilən əməliyyat zamanı aradan çıxa bilmiş Nəriman İbrahimov saxlanılıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, N.İbrahimov dövlət sərhədini keçərkən saxlanılıb: “Əməliyyat-axtarış tədbirləri nəticəsində Nəriman İbrahimov dövlət sərhədinə keçərək ölkəni tərk etmək istəyərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb”.

Qeyd edək ki, oktyabrın 18-də gecə saatlarında Daxili İşlər Nazirliyi Milli Təhlükəsizlik Nazirliyi ilə birgə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı “Yağmur” şadlıq evində toplanmış kriminal aləmlə bağlı olan şəxslər yaxalanıb. Kriminal dairələrdə “Oğru Nəriman”, “Yeraz Nəriman” kimi tanınan şəxs qaçmağa müvəffəq olub.

Verilən digər məlumata görə, həmin gün kriminal aləmlə əlaqəli şəxslər Nəriman İbrahimovun həbsdən azad olunmasını qeyd edirmiş.

 





23.10.2012    çap et  çap et