525.Az

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb


 

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 25-də ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
 
Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar 4 saylı “Magistr” jurnalında dərc olunub. 

 





27.05.2014    çap et  çap et