525.Az

Azərbaycan tarixinə aid ilk mənbələr Almaniyadan gətiriləcək


 

Azərbaycan tarixinə aid ilk mənbələr Almaniyadan gətiriləcək <b style="color:red"></b> Azərbaycan tarixinə aid alman dilində olan ilk mənbələrin Almaniyadan ölkəmizə gətirilməsi və ana dilimizə tərcümə olunması nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan çərşənbə axşamı 525.az-a verilən məlumata görə, yaxın günlərdə Almaniyada saxlanılan ilk mənbələrin öyrənilməsi və ölkəmizə gətirilməsi layihəsi çərçivəsində bir qrup tarixçi Almaniyaya ezam ediləcək.

Almaniyanın elmi-tədqiqat müəssisələri və arxivləri arasında genişləndirilmiş elmi əməkdaşlıq çərçivəsində Azərbaycan tarixinə dair mühüm əsərlərin alman dilinə tərcümə edilməsi planlaşdırılır. Azərbaycan - Almaniya qarşılıqlı əlaqələri tarixinin birgə araşdırılması və birgə elmi konfransların keçirilməsi, gənc tarixçilərimizin Humboldt fonduna namizədliklərinin irəli sürülməsi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur
 





23.10.2012    çap et  çap et