525.Az

Ömür də bir borcdur


 

Ömür də bir borcdur<b style="color:red"></b>

 Tanınmış tənqidçi ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadənin 60 yaşı tamam olur. Oxuculara təqdim edilən bu yazıda yubilyar alimin şəxsiyyəti yaradıcılığı haqqında rəğbətlə söz açılır.

 

 

 

Belə bir fikir var, deyirlər, zaman əbədi davam edən keçmişdir. Həyat isə uzun mübarizə, qısa istirahətdir. İnsan ömrü su kimi axıb gedir. Ömürdən gedən saniyələr yadda qalan məqamlar zaman vahidi tanımır. O, bütün yaş dövrləri üçün , gələcək nəsil üçün nümunə olur.

Ancaq elə hadisə, təəssürat görüşlər olur ki, o anları xatırlayarkən həmin məqamları  ilk dəfə yaşayırmış kimi həmişə həyəcanlanırsan.


Həyatda
elə şəxsiyyətlər var ki, onlar öz xalqının elmini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini inkişaf etdirməklə, elinin, obanın zənginləşməsinə millətini   dünya xalqları arasında tanınmasına səbəb olur. Xalqı üçün yaşayıb yaradanları xalq həmişə uca tutur. Şərəf, ləyaqəti, paklığını saflığını uca tutan şəxsiyyətlərdən biri Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir.


Nizaməddin
müəllimin çıxışlarını televizya ekranlarında maraqla dinləyirdim. Ancaq onunla tanış deyildim. Günlərin bir günü onunla Lənkəran rayonunun Separadi kəndində ata-baba həyətimdə görüşüb tanış olmaq mənə qismət oldu. Mən ondan mənə özüm qədər əziz olan bir insanın ətrini duydum.


Nizaməddin
müəllim 30 illik dostum Qənimət Səfərov respublikamızın tanınmış ziyalılardan Şəmistan Əlizamanlı ilə
birlikdə
gəlmişdi. Çox az bir zamanda Lənkəran "İstisu" qəsəbəsində istirahət etdik. Orada müalicə qəbul edib dincəldik. Ürək dolu sevincimizi birlikdə həvəslə bölüşdük.



Nizaməddin
müəllim mənə seçilmiş əsərlərin üç cildini "Filosof tənqidçi", "Ədəbiyyat nəzəriyyəsi" "Düman" şeir kitablarını bağışladı. Kitabdakı yazılanları oxuduqca dərk edirsən ki, bu yazılar bizim unudulmaz tariximizdir.


Əlbəttə
, Nizaməddin müəllimin yaradıcılığı, dəyərli kitabları barədə danışmaq, onları geniş təhlil etmək maraqlı olardı. Ancaq bunu Nizaməddin müəllimin şəxsiyyəti yaradıcılığı ilə yaxından tanış olan, onu  dərindən dərk edə bilən böyük ədəbiyyatçı alimlərin təmiz qələm sahiblərinin işidir. Mənə bağışladığı kitabları ilə sanki mənə bir dünya bağışladı düşünürsən ki, Nizaməddin müəllim özü xoşbəxt talehli bir insandır. Onun şəxsi-mənəvi keyfiyyətləri, dostluq münasibətləri, bir sözlə ürək aləmi ilə tanış olmaq qədər vacib şərəflidir. Qəlbləri bilmək təbiəti dərk etməkdən çətindir. Amma Nizaməddin müəllimin nurlu üzünə baxanda üzündə qədər saf duyğuların qəlbindəki daxili hissiyyatların təmiz olduğunun şahidi olursan.


Nizaməddin
müəllimin düzgün, sözü bütöv, açıq danışan, kamillik sifətlərini dəyişilməz normalar hesab edən sağlam düşüncəli iti ağıla malik bir şəxsiyyətdir. O, xalqımızın təmiz, pak vicdanıdır. Şəxsən mən onu tanıdığım ilk gündən o
vicdanın
ucalığı saflığı ilə qürur duyuram. O mənim mənəvi meyarımdır. Ədəbiyyatımızın isə əzəmətli bayrağıdır.

Təfəkkürü
saf təmiz olan insanın sözü görkəmi saf təmiz olur.


Nizaməddin
Şəmsizadəyə həsr edilmiş onun özünün dərin məhəbbətlə yazdığı əsərləri maraqla, sevinc iftixar hissi ilə oxuyub öyrənirəm.


"
Filosof tənqidçi" kitabında onun istedadlı mənəviyyatı, təmizliyi, bilik səviyyəsi, mədəniyyəti başqa keyfiyyətləri barədə deyilənlərə heyran qalıram. Ayrı-ayrı dəyərli ziyalıların onun şəxsiyyətinə verdikləri yüksək qiymət ürək sözləri onu əzəmətli könül nəğməsi kimi ürəkdən ürəyə aparan zirvələrə yüksəldir.


Nizaməddin
müəllimin öz üslubu, öz yazı tərzi var. Bunlar onun yaradıcılığında ikinci yerdədir. Birinci yerdə isə mənsub olduğu xalqın mənəviyyatı xasiyyəti durur. Onun yaradıcılığı xalqımızın tale kitabıdır, mənəvi gözəllik saflıq salnaməsidir. Bulud olmasa, yağış hardan yağar?  Səma olmasa, qar hardan yağar?


O
, həmişə özünə ürək dostu axtarıb tapmağı bacarır. O deyir dostlarım başımın tacıdır. Bu  baxımdan dostlarını həmişə uca tutur.


Ağac
kökü, insan dostu ilə güclüdür. Dostu olmayan insan həyatda yetim kimsəsizdir - deyir. Ünsiyyətdə olduğu, ürəyinə yatan, dostluq etdiyi insanları uca tutur. Cünki onun üçün dost məfhumu böyük, sirli dünyadır. Həmişə dostlarının qələbəsini sevinclə qarşılayır. Özünü isə heç vaxt nümayiş etdirmir, amma onu tanıyan insanlar arasında şöhrətlənir sevilir. O, özünü bəşəriyyətdə, bəşəriyyəti isə özündə tapmağı bacarır. 


Bəzən
həyatın elə təsadüfləri olur ki, onlar insan ömrünün axarını, hədəfini dəyişir. Onu tamam başqa istiqamətə yollamağa məcbur edir.


Müdriklərdən
biri cəmiyyətdə şəxsiyyətin rolu haqqında deyib: "Kütlə sonsuz sıfırdır, onun qarşısına vahid qoyduqda  o milyon milyarda çevrilir".


Nizaməddin
Şəmsizadə bir İnsan kimi, ətrafında olanlar ilə həm sevinci , həm kədəri bölüşməyə çalışır. Çünki insan da ağac kimidir. Öz kökü ilə nəslinin, yurdunun, yuvasının şirəsini qəbul edir, ilk dəfə üstündə rişələndiyi kökün üzərindən dünyaya baxır sınanmış bərkdən boşdan çıxmış nəzərlərlə həqiqəti, onun mahiyyətini anlayır, dərk edir həyat yolunu həmin hüdudlarda qurmağa çalışır.


Nizaməddin
Şəmsizadə məhz öz kökü üstündə boy atıb böyüyən həyat yolunu müəyyənləşdirən, tanınan böyük şəxsiyyətlərdəndir.


Çünki
böyük şəxsiyyətin böyük şöhrəti olur. Yaradıcılıqla şəxsiyyət bir-birini tamamlayanda ədəbiyyatın böyük siması yaranır.


Azərbaycan
ədəbiyyatının tanınmış simalarından olan Nizaməddin Şəmsizadə məhz belə şəxsiyyətlərdəndir. O, sağlığında klassikləşmiş canlı bir abidədir. Onun insan arzu diləklərinə səpdiyi xeyirxalıq məhəbbət toxumları cücərir, daim bəhrə verir. Adı dildən-dilə düşür. Şərəf ləyaqətlə keçən ömrün hər anı daha mənalı olur, yadda qalır tarixə çevrilir.


İndiki
zamanda saf hörmət qazanmaq üçün göz görə-görə çox şeylərdən imtina etməlisən.


Nizaməddin
müəllim zamanı çox yaxşı qiymətləndirməyi bacarır. Qarşılaşdığı hadisələrdə nəyin boş, nəyin faydalı olduğunu vicdanı ağılı ilə ayıra bilir. O, qədər çətinlik sıxıntı ilə qarşılaşsa da heç zaman ümidsizliyə qapılmır.
Sabaha
gedən yola inamla, ümidlə baxır.


Elə
çıxmasın ki, mən bu müqayisə ilə nəyisə mütləq qəbul edirəm. Mütləq həqiqət nisbi həqiqətin cazibəsində  mövcuddur.


Platon
demişdir: "Təbiətdən kənar məkan zaman yoxdur. Zaman isə yalnız məkanla birgə mövcuddur" .


Məlumdur
ki, insan təkcə çörəklə yaşamır. Ancaq çörəksiz yaşamaqda olmur. Yaxşı yaşıyırsan yaxşı yaşayacaqsan sözünü demək çətindir.


Ömər
Xəyyam da demişdir, o adam ki, insan kimi yaşamağı bacarır buna imkanı var o, xoşbəxtdir. O adam ki, insan kimi yaşamağa imkanı yoxdur bunu da qanmır, o da "Xoşbəxtdir".


Nizaməddin
Şəmsizadə deyir:

Mənim arzum: Azərbaycanı bütöv görmək.

Mənim məramım: Sözün nuru ilə qəlbləri işıqlandırmaq.

Mənim qayəm: Sözün hikməti ilə insan zəkasını azad etmək.

Mənim məqsədim: İnadkar inamım istedadımla Şəxsiyyətimi, Ailəmi Vətənimi qorumaq.

Mənim fəlsəfəm: İnsan dünyaya xeyirxalıq üçün gəlib.

Mənim ideologiyam: Azərbaycançılıq.

Mənim şairim: Füzuli

Mənim şüarım: Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm.

Mənim idealım: Məcnunluq.

Mənim yolum: İnsanlığı insanlaşdırmaq.


Nizaməddin
müəllimin həm təmiz ürəyi, həm saf qəlbi, həm bəsirət gözləri var.


Mübaliğəsiz
demək olar ki, Nizaməddin Şəmsizadə çox zəhmətkeş, istedadlı, incə kövrək bir şəxsiyyətdir.  Onun bir məqsədi var. Gecə-gündüz çalışıb insanların qəlbinə yol tapıb bir insan kimi onların qəlbini sevindirsin.


Şair
İ.Kəbirlinin dediyi kimi:

 

Hər yanan

Külə dönmür.

İnsan üçün yanan kəs

Yanır, sönmür ki sönmür!

 

Mənə özüm qədər əziz olan Nizaməddin müəllim haqqında qəlbimdə olan sözləri yazdım. Elə bir insan ki, o mənim kimi çox insanların əziz sevimli dostudur.


Mən
yaza bildimmi dostum haqqında qəlbimdən keçən sözləri?

Əgər yazdımsa, bəs niyə ürəyim yenə dolu qaldı?..

 

Səadət TAĞIYEV, Lənkəran rayonu, Separadi kəndi.

8 aprel 2014- il

 





27.05.2014    çap et  çap et