525.Az

Yolun uğurlu olsun, Tamerlan!


 

Yolun uğurlu olsun, Tamerlan!<b style="color:red"></b>

Baxışlı Tamerlan Namiq oğlu 2003- ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub, hazırda rus sektorunda təhsil alır. 5-ci sinif şagirdidir, dərs əlaçısıdır. Müəllimlərinin sevimlisidir. Tar çalmağı ilə bərabər, oxumağı da çox sevir. 2008-ci ildən beynəlxalq Festivallar Laureatı "Qarabağ bülbülləri" ansamblına üzv yazılıb. O, ansamblda olduğu müddətdə respublika televiziyalarında, kimsəsiz qocalar evində, əqli cəhətdən əlil zəif olan uşaq evində, hərbi hissələrdə, cəbhə bölgələrində müvəffəqiyyətlə çıxış edib, ansamblın rəhbəri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək fəxri fərmanla təltif olunub.

Tamerlan həm Laçınlı Sultan bəyin əmizadəsi, Aşıq Abbasın nəticəsidir. Mən ansamblın yaradıcısı rəhbəri kimi ona gələcəkdə böyük ümid bəsləyirəm. Yolun uğurlu olsun, Tamerlan!

 

Murad RZAYEV

"Qarabağ bülbülləri" ansamblının yaradıcısı bədii rəhbəri, respublikanın qabaqcıl maarif xadimi, SSRİ-nin maarif əlaçısı

 





27.05.2014    çap et  çap et