525.Az

Müasir təhsil proqramlarının tətbiqi ilə bağlı elmi-praktiki konfrans keçirilib


 

Müasir təhsil proqramlarının tətbiqi ilə bağlı elmi-praktiki konfrans keçirilib<b style="color:red"></b> Bu gün Tahir Hacıyev adına 252 nömrəli məktəb-liseydə təhsil naziri Misir Mərdanovun iştirakı ilə“Müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

525.az-ın məlumatına görə,  konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu (bundan sonra Milli Kurikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ
saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.

Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına,
cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlib. Sonra təhsil naziri məktəbin I və XI siniflərində riyaziyyat fənnindən açıq dərslərdə iştirak edib.

S.QARAYEVA
 





23.10.2012    çap et  çap et