525.Az

Türklüyümüz - doğruluğumuzdur


 

"Milli mənliyini tapa bilməmiş millətlər başqa millətlərin ovu olurlar. Hər tərəqqinin və qurtuluşun anası azadlıqdır". Mustafa Kemal Atatürk

Türklüyümüz - doğruluğumuzdur<b style="color:red"></b>

Dünyada elə bir insan tapılmaz desin ki, onun babasının babası  olmayıb. Təbiidir ki, hər bir şəxsin babasının babası, onun da öz babası olub. Beləliklə babalar (dədələr) zənciri gedib daş dövrünə çıxır.

Dünya tarixçiləri artıq sübuta yetirmişlər ki, çağdaş insan cəmiyyətlərinin hami-sami dilli əcdadları Afrikada Nil çayı vadisində, indiki Misirdə; şümer-türk dilli əcdadları Yaxın Şərqdə, Dəclə Fərat çayları vadilərində, Mesopotamiyada (İkiçaylararasında); hind-fars dilli əcdadları Asiyada Hind çayı vadisində; çin-mancur dillilərin əcdadları isə, Xuanxe çayı vadisində eradan əvvəl (e.ə.) 3- 2-ci minilliklərin ortalarında öz quldar dövlətlərini qurmuşlar.

E.ə. 3- minilliyin ortalarında İkiçayarasında dövlət qurmuş şumer-türklər, əvvəlki 6--4-  minilliklərdə  Bərxəz zolağından (Suveyş Kanalı qazanılmamışdan əvvəl Afrika ilə Asiya qitələri arasında 160 km-lik quru keçid-zolaq) keçərək, Hicaz ərazilərinə Misirdən gəlmiş, hami-sami dillilər, oradan da İkiçaylararasının (Mesopotamiyanın) şimalında məskunlaşmış gəlmələr Akkad dövləti qurmuş şumer-türklərlə qonşuluqda yaşamışlar. Akkadlarla şumer-türklər arasında münaqişələr olmuşdur.

Yazılanlara görə, "Sami tayfaları içində hakimiyyəti ələ alan Sarqon 2370-ci ildə Aqada şəhərinin adı ilə ilgili qüdrətli Akkad dövlətini yaratdı şumer (kenger) torpaqlarını da bura qatdı". (Firudin Ağasıoğlu. "Azər xalqı" kitabı, səh 383).

E.ə. 24- əsrdə Akkad-şumer müharibəsində akkadlar qalib gəlmiş, Sarqon I (e.ə. 2369-2314) hakimiyyəti ələ keçirmişdir.

Məntiqlidir ki, bundan sonra şumer-türklər kütləvi şəkildə İkiçaylararasından şərqə şimala doğru köçə başlamışlar.

Firudin Ağasıoğlunun "Azər xalqı" kitabında (Bakı - 2005, səh 391) yazdığına görə 32 türk boyları 3-4 min il e.ə. Türkistan tərəfə köçmüşlər". Təqribən 100 ildən sonra türklər Xarəzmə çatmışlar.

Məlumdur ki, e.ə. 4- əsrdə çinlilər türklərdən qorunurdular. Çox ehtimal, sonrakı minilliklərdə türklərin bir qisminin  Çin sərhədlərindən geriyə-qərbə doğru qayıdışı da yersiz olmamışdır.

Göründüyü kimi, şumer dastanlarından sonrakı gil lövhələr daşüstü yazılar saxlanmadığından, türklərin yazılı tarixləri olduqca solğun halda qalmışdır. Lakin Türk Dünyası yaşamış, bütün çətinliklərə, eranın orta əsrlərinin müharibələrinə tab gətirmişdir.

İkiçayarasında samidilli Sarqon I hakimiyyəti (e.ə. 2369-2314- illər) dövründə asılı vəziyyətə salınmış şumer-türklərin böyük dəstələri (boyları) Asiyanın  şimalında şərqində məskunlaşmağa üstünlük vermişlər. Bu proses iki min il ərzində - eranın başlanğıcına qədərki dövrdə davam etmişdir.

Eradan əvvəl 15-ci əsrdə Asiya qitəsinin cənub-şərqində Xuanxe çayı vadisində quldar dövlət qurmuş Çin-mancur dillilər gücləndikcə, türkdilli tayfalar da Çinin şimalında özlərinin Böyük Hun İmperiyasını yaratmışdılar.

E.ə. 215-212-ci illərin Hun-Çin müharibələri göstərir ki, insanı e.ə. 221-207-ci illərdə başa çatdırılmış Böyük Çin Səddi həmin yüzillikdə (e.ə. 3- əsrdə) dikəldilmişdir.

Çin Səddindən qərbə dönmüş türklər 5-ci əsrdə Göy-Türk imperiyasını qurmuş bununla da Orxan - Yenisey türklərin abidələrini yaratmış, yenidən qərbə doğru genişlənmiş, Altay türklərini gücləndirmişlər.

Akkadın qələbəsindən sonra 15 əsr hami-sami dillilərin təsiri altında qalmış, İkiçayarasındakı ətraf ərazilərdəki şumer-türklər e.ə. 9-cu əsrdə Azərbaycan Manna dövlətini qurmuşlar.

E.ə. 28-ci əsrdə şumer-türklərin "Bilqamıs" dastanı mixi (mıxvari hərflərlə) qrafika ilə gil lövhələr üstündə yazılardan bəri minilliklər ərzində olmazın çətinliklərinə baxmayaraq, Türk Dünyası ilkin şəkildə inkişaf etmişdir.

Keçmişim quldarizm feodalizm cəmiyyətləri dövrlərində bəlalı minilliklərdə insanlığa yaraşmayan münasibətlər zəminində, zorakılıq, yalançılıq, işğalçılıq istismarçılıq şəraitində yaşayan Bəşəriyyətin inkişafı mərhələdən mərhələyə addımlamışdır. Kapitalizmin inkişafı Türk dünyasını da yeni inkişaf mərhələsinə qaldırmışdır.

Tarixdən yaxşı məlumdur ki, eranın başlanğıcında, 1-ci - 3- əsrlərdə Roma Parfiya imperiyalararası münaqişələr İkiçayarası ölkələri bütövlükdə Yaxın Şərq ölkələrini - türkləri gəlmələri ağır vəziyyətə salmışdı.

Yazılı mənbələrin məhdudluğu, Orxan Yenisey Abidələrinin 7-11-ci ya 5-10-cu əsrlərə aid edilməsi, yanlış olaraq, Orta Asiya türklərini şumer-türklərdən ayırmışdır.

11-ci əsrdə Səlib yürüşlərinin başlaması ilə, avropalılar cürətlənmiş, onların türklərə qarşı çıxışlarını artırmışdır. Xristian dindarlar isə, öz fırıldaqlarını işə salmışlar.

19-cu əsrdə Napoleonun Moskvanı işğal etməsi, türklərin Avropaya inamını azaltmışdır.

Şükürlər olsun ki, 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılması, növbəti bəşəri sülhsevər eranın əsasını qoymuşdur.

21-ci əsrin "Türk əsri" adlandırılması, "BMT erası"na daxil olduğundan, Türk Dünyasını da, başqa dünyaları da ruhlandırmışdır.

Bu səbəbdən tarixi yenidən yazmağı təklif edənlər yanılmırlar. Çünki BMT-nin ədalətlik tələbləri həm tarixin doğru yazılmasını nəzərdə tutur.

Keçmişdən, feodalizm münasibətlərindən qalmış adət-ənənələrin, xasiyyətlərin, vərdişlərin "mən"liklərin hansının qədər ədalətsiz olduğunu bilmək zəruri sayılmalıdır. İnsanlığa ədalətliyə uyğun gəlməyən ictimai varsa hamısı tərgidilməlidir.

İndiki zamanda, aparıcı insanların - idarəedicilərin ədalətlikdən, qanunçuluqdan, hüquqçuluqdan danışdıqları bir vaxtda, imperializmin, militarizmin, separatizmin terrorizmin hamılıqla pisləndiyi bir dövrdə, qeyri-insani varsa, hamısı kənarlanmalıdır.

"Barış", "birlik", "dəqiqlik", "dostluq", "ədalətlik", "qanunçuluq", "mehribanlıq" "şəffaflıq" kimi dərin mənalı termin dəyərlərin hamılıqla bəyənildiyi cəmiyyətlər keçmiş gələcək haqqında açıq danışmaq lazımdır ki, insanlar dünyanın hər yerində çağdaş tələblərə uyğun yaşamağı bacarsınlar.

Çalışmaq gərəkdir ki, kimsə, barış əvəzinə münaqişə; birlik yerinə parçalıq; dostluq yoxluğuna düşmənçilik; dəqiqlik kasadlığına yanlışlıq istəməsin yapmasın. Təhsil bilik insana doğruluq üçün lazımdır. Doğruluq isə onun qəlbində müsbət ruh nikbinlik doğurur.

Haliyədə (hal-hazırda) dünyanın hər yerində təhsilli, bilikli insanların sayı xeyli artdığından, həyat tərzinə münasibət bəlli qədər dəyişilmişdir.

İndi insanları istismarçılara soyulanlara bölmək doğru olmaz. Çünki iri kapitalistlər ağır zəhmətin altında çalışırlar. Hər bir şəxs öz boyuna uyğun çəkidən danışır. Kök adamlar arıqlamaqdan bəhs edirlər. Varlı sayılan ölkələrin dövlət borcları da həddindən çox olduğundan, özlərini rahatsız hiss edirlər. Silah istehsalçıları insanlığa yaraşmayan məhsullarını sata bilmədiklərindən, qeyri-qanuni tədbirlərə əl atırlar. Beləliklə insanlar sağlam ədalətli yaşamaq əvəzinə, ən hüquqsuz yollardan istifadə edirlər.

Təbiətcə insan azadlıq müstəqillik tərəfdarı olduğundan, "mən"lik (təkəbbürlü) şüuru ilə, aldanaraq, mübarizəyə girişir nəticədə heç əldə etmir.

Razılaşmaq lazımdır ki, həyatda filin fiziki-maddi ölçüləri mikroorqanizmin ölçülərindən qədər böyükdürsə, istehsalçı fəhlənin ruhu da, tənbəl bir şikəstin ruhundan o qədər fərqlidir, zəngindir.

Günəş enerjisi bir insanın enerjisindən milyonlar dəfə artıqdır.

Dünyadakı ən varlı insanların pulu da ən yoxsulunkundan qat-qat çoxdur. Bu təbiətin özünün yaratdığı təzaddır.

Bəzi adamlara görə, yoxsul çalışmamalıdır ki, hamı yoxsul olsun. Çünki Günəş enerji payladığı kimi, varlı insanlar da öz zənginliklərindən başqalarına pay verirlər. Həyatda varlının da, yoxsulun da olması zəruridir.

Bu təbiətin həyatın yenilməz qanunudur. Bununla razılaşmaq lazımdır.

Həyatda şərtilik hüquqi müqaviləçilik naminə hər cür bərabərsizlik təzadlı hallarla razılaşmaq gərəkdir ki, barış birlik olsun. Yazılanlara görə insanları dünyanı birlik xilas edəcək.

Bu məqsədlə, məişətdə, evdə, ailədə səliqəlik tələb olunduğu kimi, siyasətdə , diplomatiyada, hüquqçuluqda, beynəlxalqçılıqda da səliqəlik vacibdir ki, üstünlük məsələlərində, əraziçilik, sərhədçilik problemlərində razısızlıq yaranmasın. Türk dünyası da bəşəri inkişaf problemlərinin həllində öz rolunu daha da artırsın.

İnsan enerjisi ulduz qədər olmasa da, kifayət qədər böyükdür. Onun faydalı sərfi yüzlərlə ehtiyaclı insanı razı sala bilər. Bir terroristin enerjisi yüzlərlə insanı qış mövsümündə soyuqdan qoruya bilər. Bu enerjidən sülh məqsədilə istifadə edilməlidir ki, faydalı olsun.

Dünya ölkələrində fəaliyyət göstərən rəqib partiyaların iclasçıların faydasız sərf etdikləri enerji, militaristlərin silah istehsalına yönəltdikləri enerjidən az deyil. Göründüyü kimi, kiçik miqyasda səliqəsiz enerji sərfi ailəyə, təhsilə istehsalçıya xeyli ziyan vurur, iri miqyasda isə, izafi enerji sərfi ölkəyə (millətə), ölkələr birliyinə, - Türk Dünyasına Bəşəriyyətə azman zərər gətirir (verir), çətinliklər törədir.

Hər bir şəxs öz vaxtında enerjisindən, xoşniyyətli sözündən müsbət yüklü ruhundan səliqə ilə istifadə edərsə, tamamilə insanlaşmış olar kamilliyin zirvəsinə qalxar.

Qeyd edildiyi kimi, "mən"lik şüuru hər an insanı təkəbbürlüyə lovğalığa doğru sürüklədiyindən, o öz mənfi yüklü ruhunu cilovlaya bilmir enerjisini lazımsız fəaliyyətə sərf edir.

Hər halda, xoşagəlməz xasiyyətlər keçmişdən gələcəyə, valideynlərdən övladlara (evladlara) keçməklə dövrümüzə çatmışdır. Bu səbəbdən bir sıra hallarda valideynlər evladlara "keçmiş" kimi görünürlər.

İnsanın - insana sayğısı, insanlığın əsas şərtlərindən, mühüm göstəricilərindən biridir. Yaxınlıq, dostluq, doğmalıq bütün canlılara xas olan keyfiyyətdir. İnsana mənsub olan əməkdaşlıq insanpərvərlik isə doğmalığa - valideyn - övladlığa (evladlığa) bərabər bir yaxınlıqdır. Fəxrimizdir ki, qonaqpərvərlik, qurbanverərlik, mehribanlıq namusluq kimi milli mənəvi dəyərlər Azərbaycan mentalitetinə aiddir.

Mənəvi dəyərlərin səliqə ilə qorunması, saxlanması daha dərindən mənimsənilməsi, insaniliyin, humanistliyin insanpərvərliyin ən zəruri tələblərindəndir.

İndiki zamanda türklüyün , türkçülüyün, türkşünaslığın aktual problemi dilçilikdir. "Parçala , hökm sür" siyasəti elə vəziyyət yaradıb ki, türkdilli təhsillilər eyni dildə danışmağı bacarmırlar.

Budaqlanmış yarpaqlanmış, e.ə. 28-ci əsr (4800 il bundan əvvəlki) vahid şumer-türk dilindən 100 türk etnik qrupunun (xalqının) yüz dili yaranmışdır. Şəffaflıq naminə deməliyik ki, indi türkdilli dövlətlərin başçıları da ümumtürk dilində danışa bilmirlər. Xarici dillərə aludəlik bizim beynəlmiləlçiliyimizdən irəli gəlir, qloballığa sayğımızdan yaranır. Ola bilsin ki, dilçiliyə, dil öyrənməyə səliqəsizlik var. Bu problemin həllində səliqəli doğruçu olmaq zərurətdir. Səliqəlik insanları dünyanı xilas edəcək.

Baba ƏHMƏDLİ

 





27.05.2014    çap et  çap et