525.Az

“Moskva Ukraynanın yeni prezidentinin etibarlı tərəfdaşı olmağa hazırdır”


 

“Moskva Ukraynanın yeni prezidentinin etibarlı tərəfdaşı olmağa hazırdır”<b style="color:red"></b>

Ukraynanın yeni prezidenti bütün ölkənin maraqlarını nəzərə alacaqsa, Moskva onun etibarlı tərəfdaşı olmağa hazırdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada keçirilən brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
 
“Düşünürük ki, o, bütün Ukrayna xalqının maraqlarına cavab verəcək. Belə olsa, Ukraynanın yeni prezidenti bizim simamızda ciddi və etibarlı tərəfdaş tapacaq”, - deyə o vurğulayıb.
 
Lavrov ATƏT və AŞPA nümayəndələrinin Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonu ölkənin cənub-şərqində dialoqa başlamağa çağırışını da xatırladıb: “Hazırda bu ən vacib meyardır. Bu meyar əsasında həm Kiyev hökumətinin, həm də şəxsən Pyotr Poroşenkonun gerçək niyyətləri yoxlanılacaq”.

 





27.05.2014    çap et  çap et