525.Az

Azərbaycan Dövlət İqtisad Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib


 

Azərbaycan Dövlət İqtisad Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib<b style="color:red"></b>

Mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarətlə başlayıb. Universitetin rəhbərliyi, professor-tələbə heyəti abidənin önünə gül dəstələri qoyublar.

Tədbir ADİU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə çıxış edənlər Şərqin ilk demokratik və parlamentli dövlətinin məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıblar. Məruzəçilər ADR-in qısa müddətdə həyata keçirdiyi böyük işlər haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Digər çıxışçılar Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa olunması, onun inkişafında Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətlərdən, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tədbir Xalq Cümhuriyyətindən bəhs edən filmin nümayişi ilə davam etdirilib.

 

 





27.05.2014    çap et  çap et