525.Az

Sağlamlıq imkanları məhdud olsa da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil


 

Sağlamlıq imkanları məhdud olsa da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil <b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Azərbaycan xalqının firavanlığı, ölkədə sosial rifah səviyyəsinin yaxşılaşdırılması hər zaman mühüm yer tutub. Öz xalqının rifahının yüksəldilməsi sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib. Əlilliyi olan şəxslərin maddi mənəvi tələbatının ödənilməsi istiqamətində H.Əliyevin rəhbərliyilə mühüm işlər görülüb. Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, ulu öndər əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edib. 1995-ci ilin 17 yanvarında Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşdə H.Əliyev: "İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır", - deyə vurğulamışdı. Zaman keçdikcə bu sözlər real həyatda öz təsdiqini tapdı. Fiziki qüsurlu şəxslərin hərtərəfli dövlət qayğısı ilə təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilərək, onların maddi təminatı ildən-ilə gücləndirildi. Bu gün "Əlillərin hüquqları haqqında" Konvensiyada əlilliyi olan şəxslərlə bağlı əksini tapan bir sıra təşəbbüslər hələ ötən əsrin 90- illərində ulu öndər tərəfindən irəli sürülərək, milli qanunvericilikdə təsbit olunmuşdu. Azərbaycanın firavan gələcəyinə hesablanan bu inkişaf strategiyasını 2003- ildən sonrakı dövrdə Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir.

Sosial müdafiənin gücləndirilməsi məqsədilə cari il ərzində 8 fərman sərəncam imzalanıb

Bu uğurlu siyasətin nəticəsidir ki, son 10 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Təkcə 2014- ilin ötən dövründə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə prezident tərəfindən 8 fərman sərəncam imzalanıb. Artıq Azərbaycan sosial dövlət statusunu daim gücləndirən, hər bir vətəndaşının, eyni zamanda əlilliyi olan şəxslərin sosial rifah halını təmin etmək üçün fəal siyasətə malik bir ölkəyə çevrilib.

Döyüşlərdə 11912 nəfər əlil olub 

Hazırda əhalinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycanda əlilliyin səviyyəsi digər ölkələrə nisbətən aşağıdır ki, bunun da əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır. Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi böyük rol oynayıb. Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar döyüşlərdə 11912 nəfər əlil olub. İşğal olunmuş 20 faiz ərazimizdən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5 faizdir.

Sürətli inkişaf bütün sahələrdə qabaqcıl beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi, həmçinin dövlətin əlilliyi olan şəxslərlə bağlı siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzmi Azərbaycanın 2008-ci ilin oktyabr ayında BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasına şərait yaratdı. Əminliklə demək olar ki, əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə onların ictimai həyatın bütün sahələrində iştirakı layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu, həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həm aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub.

Artıq bir neçə aydır ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi hazırlanaraq sözügedən nazirliyin internet səhifəsində yerləşdirilib. Həmçinin Konvensiyadakı müddəaların həyata keçirilməsi məqsədilə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsi hazırlanaraq nazirliyin vebsaytında yerləşdirilib.

Məsələyə münasibət bildirən Əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, yeni qanun layihəsi ölkəmizin Konvensiya üzrə üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən bu sahədə dövlət siyasətinin əsas prinsiplərini, dövlət təminatlarını, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin abilitasiyası reabilitasiyası, məşğulluğu, əlil şəxslərin sosial təminatları kimi məsələləri əhatə edir. O, hazırda Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı" Layihəsi çərçivəsində əlilliyin qiymətləndirilməsi meyarlarının, tibbi-sosial ekspertiza reabilitasiya xidmətinin təkmilləşdirilməsi istiqamətində işlər görüldüyünü deyib.

Nazir Azərbaycanda əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verildiyini bildirib: "Əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə prezident təqaüdləri təyin olunur. Hazırda əmək pensiyası alanların 27 faizi, sosial müavinət alanların 57,2 faizi, prezident təqaüdü alanların isə 52,2 faizi əlilliyi olan şəxslərdir. 2006-2013- illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb. Cari ilin mart ayında ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, prezidentin imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə edən Sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılıb. Digər tərəfdən, müharibə əlillərinin ödənişli ali orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub. Prezidentin xüsusi diqqət qayğısı nəticəsində Azərbaycanda müharibə əlillərinin şəhid ailələrinin mənzillə təminatı sahəsində mühüm tədbirlər davam etdirilib. Bu sahədə Azərbaycan digər ölkələrdə mövcud olmayan müsbət təcrübəyə malikdir. Belə ki, indiyədək 5000-ə yaxın müharibə əlili şəhid ailəsi mənzillə təmin olunub. Eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobillər verilib".

Nazir cari il ərzində bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının istifadəyə veriləcəyini deyib: "Biz bu il eyni zamanda Bakının Sabunçu rayonunda Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzini, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzini istifadəyə verəcəyik. Eyni zamanda, Prezidenti cənab İlham Əliyevin "Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 dekabr 2013- il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi 1990- ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin avtonəqliyyatla tam təmin olunması üçün Prezidentin Ehtiyat Fondundan beş milyon manat ayrılıb. Bütün bunlar Prezidentimiz cənab İlham Əliyevin əlilliyi olan şəxslərin sosial təminatının daim yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət qayğının növbəti bariz təzahürləridir".

Hazırda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar reabilitasiya vasitələri ilə təmin olunur. "Sosial xidmət haqqında" Qanuna əsasən evlərində sosial xidmət müəssisələrində sosial-məişət xidməti göstərilən vətəndaşların 3666 nəfəri əlilliyi olan şəxslərdir. Eyni zamanda, əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var.

Müvafiq qanunvericiliyə əsasən, dövlət əlilliyi olan şəxslərin təhsil alması peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

"
Əmək qabiliyyətsiz" ifadəsi artıq yoxdur  

Əlillərlə bağlı digər problem əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilməməsi sadəcə "əmək qabiliyyətsiz" sözünün yazılması ilə bağlı idi. Bu da öz növbəsində əlil şəxslərin məşğulluğuna ciddi maneə yaradan hal kimi onları narahat edirdi. Artıq bu maneə aradan qaldırılıb. İndi əlillik qrupu verilən bütün şəxslərin əlillik arayışlarında onlar üçün əmək zəmanəti qeyd olunur ki, bu da əlillliyi olan şəxsə bu ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmasına imkan verir.

"Məşğulluq haqqında" Qanun bütün vətəndaşlara əmək məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanları təmin edir. Əmək Məcəlləsinə əsasən əmək münasibətlərində işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

2009-2013- illərdə 1089 nəfər əlil işlə təmin olunub

2009-2013- illərdə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunaraq, 60 nəfər isə ödənişli ictimai işlərə göndərilib.

Son 5 ildə isə 265 əlilliyi olan sahibkara 11,4 milyon manat, o cümlədən 2013- ildə 29 belə sahibkara 0,8 mln. manat dövlətin güzəştli kreditləri verilib ki, bu kreditlər hesabına 1000-dək, o cümlədən 2013- ildə 100-dək yeni yeri yaradılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun "Uşaq evləri internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub.

İsgəndər HƏSƏNOV

 

Yazı Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirilən müsabiqəyə təqdim edilir.

 





27.05.2014    çap et  çap et