525.Az

Zahid Oruc: "Ukrayna ətrafındakı böhran Minsk qrupunun varlığını, statusunu, oradakı əməkdaşlıq mühitini zədələyir"


 

Zahid Oruc: "Ukrayna ətrafındakı böhran Minsk qrupunun varlığını, statusunu, oradakı əməkdaşlıq mühitini zədələyir"<b style="color:red"></b>

"Dağlıq Qarabağ məsələsindən yararlanaraq çoxlu beynəlxalq təmsilçilər özlərinə diplomatik rütbə, karyera qazanıblar. Onların çoxlarını Azərbaycan cəmiyyəti unudub. Lakin həmin şəxslər hazırda öz ölkələrinin həyatında müxtəlif formalarda iştirak etməkdədirlər".

Belə bir açıqlama ilə millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sosial şəbəkələrdə fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı ATƏT-in Minsk qrupuna təyin etdiyi ən zəif uğursuz namizədi Ceyms Uorlikdir: "Bu şəxs prosesi yalnız sosial şəbəkələrin prizmasından görür. Zənn edir ki, Azərbaycan Ermənistanla müharibəni yalnız kompüter internet aləmində aparır. Bəlkə onun Azərbaycan əraziləri barədə geniş təsəvvürü belə yoxdur. Ona görə prosesləri sosial şəbəkə vasitəsi ilə tənzimləməyə çalışır. Dağlıq Qarabağ kimi çox ağır bir münaqişə sosial şəbəkədə həll olunmaz. Hesab edirəm ki, onun Dağlıq Qarabağ tərəfini ermənilərin nümayəndələrini dövlət təmsilçiləri kimi qiymətləndirməsi qarşı tərəfin arqumentlərinə əlavə ton verir, gücləndirir. Bundan əvvəl fərqli dairələr çalışırdılar ki, Ermənistanı prosesdən kənarlaşdırıb, bizi Qarabağ erməniləri ilə üz-üzə qoysunlar. Yəni, bir masa ətrafında əyləşdirsinlər. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Ceyms Uorlikin bəyanatlarına kəskin etirazları tamamilə yerindədir. Hesab edirəm ki, bu məsələyə daha dərindən yanaşmağı bacarmalıyıq. Azərbaycan çalışmalıdır ki, beynəlxalq vasitəçilərin ölkəmizdəki nümayəndələri ən azından həmin ölkələrin xarici işlər nazirinin müavini səlahiyyətlərini əldə edən şəxslər olsun. zaman görmüşük ki, həmsədrlər öz prezidentlərinə heç olmasa ildə bir dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat versinlər? Əsla, belə bir hal olmayıb. Ceyms Uorlik ABŞ prezidenti Barak Obamanı bizim kimi yalnız ekrandan izləyir".

Millət vəkili əlavə edib ki, Ceyms Uorlikin mandatından məhrum edilməsi onun arzuedilməz şəxs kimi geri çağırılması üçün Azərbaycanın əlində tutarlı əsaslar var: "Millət vəkili kimi təklif edirəm ki, biz diplomatik vasitələrlə buna çalışmalıyıq. Qəti şəkildə bu, ABŞ-la münasibətlərimizə təsir etməyəcək. Bunun üçün bizim onun indiyə qədər ki, məlum mesaj açıqlamalarını, eləcə ABŞ-ın məlum mövqeyi ilə uzlaşmayan davranışlarını ortaya qoymamız yetərlidir. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir neçə gün öncə açıqlamasında bildirib ki,  Ukrayna hadisələri fonunda daha dərindən dərk etməyə başlamışıq ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll edilməlidir ABŞ buna çalışacaq. Biz heç bir xalqın faciəsini arzulamırıq istəmirik ki, Rusiya-Ukrayna müharibəsi daha da geniş miqyaslı müstəviyə çatsın. Bu açıqlamadan belə qənaətə gəlinir ki, ABŞ digər Avropa dövlətlərinin bu məsələni anlaması üçün 20 il vaxt həmin savaşın baş verməsi lazım imiş. Məgər bu qədər vaxt məlum savaş baş verməli idi ki, bunlar onun işığında bizim əleyhimizə bu prosesi qədər apardıqlarını Dağlıq Qarabağ münaqişəsindən faydalandıqlarını görsünlər? Hesab edirəm ki, bundan sonrakı dönəmdə Dağlıq Qarabağ məsələsində son dərəcə yanlış davranışlar seçən, sonradan da onu sülh danışıqlarında ifadə edən şəxsin geri çağırılması üçün addımlar atılmalıdır".

Z.Oruc deyib ki, beynəlxalq aləmdəki gərgin şərait Ukrayna ətrafındakı böhran ATƏT-in Minsk qrupunun da varlığını, statusunu, oradakı əməkdaşlıq mühitini zədələyir: "Hətta onların fəaliyyətini tamamilə sual altında qoyur. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan etdi ki, hələlik belə bir konfrantasiya vasitəçilik missiyasının tərkibində hiss olunmur. Yəni, bu qurumun fəaliyyətinə xitam verilməsi üçün açıq davakarlıq yoxdur. Ona görə onlar bunlarla barışmaq bu fəaliyyət üçün bizə müəyyən olunmuş etimad votumunu verməlidirlər. Biz Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün ATƏT-in Minsk qrupunu yaradılmasına razı olmuşuq. Ancaq Azərbaycan Ermənistan birləşib onların arasındakı problemi həll etməlidir ki, bəlkə bizə bir gün ağlandı. Hesab edirəm ki, Rusiya ilə ABŞ-a Minsk qrupu kimi qurum lazımdır ki, onlar arasındakı beynəlxalq kontraprantasiyanı yoluna qoysun. Beynəlxalq münaqişələr bir-biri ilə bağlıdır. Bizdə bu prosesləri sürəkli olaraq izləməkdəyik. Azərbaycan dövləti görəndə ki, həqiqətən bu gün münaqişənin tənzimlənməsinə Minsk qrupundakı münasibətlər zərbə vurur. Bu anda lazımi addımlar atmalı qurumdan imtina etməlidir".

PƏRVANƏ

 





27.05.2014    çap et  çap et