525.Az

“Krım tatarlarının mesajını aldıq, lazım olanı edəcəyik”


 

“Krım tatarlarının mesajını aldıq, lazım olanı edəcəyik”<b style="color:red"></b> “Krım tatarlarının mesajını aldıq, lazım olanı edəcəyik”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.
 
Rusiyanın Krımda digər Rusiya vətəndaşları kimi, bütün vətəndaşların hüquqlarının qorunması üçün addım atdığını söyləyən S. Lavrov bildirib ki, prezident Putin Krım tatarları da daxil olmaqla, yarımadada yaşayan xalqların reabilitasiyası haqqında qərar imzalayıb: “Bu qərar sürgün nəticəsində yaranan problemlərin həlli məqsədi daşıyır. Bu gün Krım tatarlarının nümayəndələri Krım hökumətində və digər dövlət qurumlarında yer alıblar".
 
S. Lavrov Krım tatar dilinin Krımda üç rəsmi dildən biri olduğunu da söyləyib: “Tatarların mədəni hüquqları inkişaf etdiriləcək, teatrlar fəaliyyət göstərəcək. Bütün bunlar Rusiya prezidentinin mayın 16-da Krım tatarlarının nümayəndələri ilə görüşündə də təsdiqlənib. Krım tatarlarının qeyri-hökumət təşkilatları, Məclis, Ağsaqqallar Şurası və digər təşkilatlarla əlaqələrimizi davam etdirəcəyik. Rusiyanın digər bölgələrində yaşayan tatarlar da Krım tatarları ilə əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir. Mövzunu diqqətdə saxlayırıq. Krım tatarlarının mesajını aldıq, lazım olanları edəcəyik”.
 





27.05.2014    çap et  çap et