525.Az

Bəşər Əsəd müxalifəti əfv etdi


 

Bəşər Əsəd müxalifəti əfv etdi<b style="color:red"></b>

Bu haqda Suriyanın dövlət televiziyası məlumat yayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya dövlət lideri bayram öncəsi bu haqda açıqlama verərək hər kəsi bağışladığını deyib. Azad Suriya Ordusu isə prezidentin bu açıqlamasına münasibət bildirərək qeyd edib:

“Azad Suriya Ordusu heç bir cinayət törətməyib. Bizi bağışlamağa ehtiyac yoxdur. Bağışlanması gərəkən şəxs 20 ayda 35 mindən artıq vətəndaşın ölümünə səbəbkar olan qatildir”.

Suriya Milli Şurasının mətbuat katibi Fevzi Zakiroğlu verdiyi açıqlamada Əsədin öncələr də bu tip taktikalara əl ataraq vaxt qazanmaq istədiyini deyib.

Nigar Məhərrəm

 





23.10.2012    çap et  çap et