525.Az

Sarkisyan Abdulla Gülü Ermənistana dəvət edib


 

Sarkisyan Abdulla Gülü Ermənistana dəvət edib<b style="color:red"></b> Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyənin gələcək dövlət başçısını qondarma "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunacağı 2015-ci il aprelin 24-də Ermənistana səfərə dəvət edib.

Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, S.Sarkisyan bunu Yerevanda qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr edilmiş tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının IV iclasında deyib.

O, qeyd edib: "Bununla yanaşı, biz Türkiyə xalqına kin bəsləmirik. Bundan əlavə, Ermənistan və Türkiyə xalqlarının bir-biri ilə ünsiyyət saxlaya biləcəyi şərait yaratmağa çalışırıq ki, barış yolunu tapa bilək".

S.Sarkisyanın sözlərinə görə, məhz bu məqsədlə Ermənistan Türkiyə ilə münasibətlərin nizamlanmasına və ilkin şərt olmadan iki ölkə sərhədlərinin açılmasına tərəfdardır: "Lakin Türkiyə tərəfindən bu istəklə bağlı yalnız bəyanatlar eşidilir".
 





27.05.2014    çap et  çap et