525.Az

Sabah yağış yağacaq


 

Sabah yağış yağacaq<b style="color:red"></b>

Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

 





28.05.2014    çap et  çap et