525.Az

Təmas xəttində keçirilən monitorinq başa çatdı


 

Təmas xəttində keçirilən monitorinq başa çatdı<b style="color:red"></b> ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 23-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində keçirdiyi monitorinq baş tutub.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçiriblər.
 





23.10.2012    çap et  çap et