525.Az

"Sarıköynəklə Valehin nağılı" Gənc Tamaşaçılar Teatrında


 

"Sarıköynəklə Valehin nağılı" Gənc Tamaşaçılar Teatrında<b style="color:red"></b>

İyunun 10-da Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə ədibin "Sarıköynəklə Valehin nağılı" romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcək.

İki zəhmətkeş namuslu gəncin saf təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə cəmiyyətdə baş verən mənfi hallara qarşı mübarizə aparmağa səsləyir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova başqaları ifa edəcəklər.

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası isə iyunun 15- baş tutacaq.

S.ABDULLAYEVA

 





28.05.2014    çap et  çap et