525.Az

Deputatın oğlu jurnalistin döyülməsi ilə bağlı iş üzrə ifadə verib


 

Deputatın oğlu jurnalistin döyülməsi ilə bağlı iş üzrə ifadə verib<b style="color:red"></b>

“Jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı Aynar Məmmədov ifadə verib”.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Ramil Usubova ünvanlanmış müraciətlərdə, kütləvi informasiya vasitələrində, habelə zərərçəkmiş Fərahim Qasımovun ifadəsində göstərilmiş xüsusatlarla bağlı Aynar Elton oğlu Məmmədov istintaqa çağırılaraq ifadəsi alınıb. Bildirilib ki, istintaq prosesində həmin cinayətdə onun iştirakı təsdiq olunmayıb.
 
İş üzrə bütün xüsusatlar nəzərə alınmaqla istintaq davam etdirilir.
 
Xatırladaq ki, A. Məmmədov deputat Elton Məmmədovun oğludur.
 
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
 
Baş verən hadisə ilə bağlı 1990-cı il təvəllüdlü Feyruz Termişi aprelin 7-də tutulub.

 





28.05.2014    çap et  çap et