525.Az

"...Azad, vahid Azərbaycan!"


 

"...Azad, vahid Azərbaycan!"<b style="color:red"></b>

Oqtay Rza,
Əməkdar müəllim

AZƏRBAYCAN

Ay-ulduzlu bayrağın var,
Qədim, ulu torpağın var;
Əsrlərdən sorağın var,
Özün boyda çırağın var.

Əsirgəmir uğrunda can
Min-min igid, Azərbaycan!
Yaşa, eşqi çiçək açan
Azad, vahid Azərbaycan!

İstiqlalın yolu çətin,
Məskənisən bol sərvətin;
Tanrı bizi bağışlamaz
Qorunmasa təbiətin.

Azıxdır ilk ünvanımız,
Qobustan daş dastanımız.
Xudafərin körpüsündən
Yenə keçər karvanımız.

Bakı daim şöhrətimiz,
Xəzər mavi qüdrətimiz.
Heykəl kimi ucalacaq
Qürurumuz, qeyrətimiz.

Əsirgəmir uğrunda can
Min-min igid, Azərbaycan!
Yaşa, eşqi çiçək açan
Azad, vahid Azərbaycan!

 





28.05.2014    çap et  çap et