525.Az

Azərbaycanın iqtisadi inkişaf strategiyasında vergi siyasəti


 

Azərbaycanın iqtisadi inkişaf strategiyasında vergi siyasəti<b style="color:red"></b>

İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir
H.Ə.Əliyev
 

Bir vaxtlar şirkətlər dövlətə vergi verməkdən boyun qaçırır, müxtəlif yolla vergi verməkdən yayınırdılar. Xırda ticarət sahibləri gün ərzində satdıqları malların qiymətindən dəfələrlə az göstərməklə ya satılan məhsulun dəyərindən qat-qat aşağı qiymətə çek vururdular.

Müasir vergi sisteminin memarı ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldiyi günədən vergi sistemində yaranan bu boşluğun həlli işlərinə başladı. Böyük strateq ölkənin milli maraqlarını əsas götürərək Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının prioritetlərini müəyyənləşdirib, müstəqil dövlətimizin iqtisadi-siyasi baxımdan qüdrətlənməsi üçün fundamental əhəmiyyətli tədbirlərin reallaşdırılmasına start verdi. Məlum olduğu kimi, ötən əsrin 90- illərinin ortalarına qədər vergi xidməti köhnə inzibati idarəetməyə əsaslanan, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. Məhz dövlət nəzarətinin qaydaya salınması bu sistemin təkmilləşdirilməsi, həmçinin, sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində Ulu öndər Heydər Əliyevin imzaladığı Fərman sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını şərtləndirdi. Bütün bunlar isə bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsinə, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşmasına, çevik vergi siyasətinin aparılmasına xidmət edirdi.

"Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" deməklə, vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcılığını təsdiqlədi. Bununla yanaşı ölkənin iqtisadi inkişaf perspektivləri işgüzarlığın fəal şəkildə artması qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Ona görə Heydər Əliyev bu məsələni öz nəzarətinə götürdü. Vergi Məcəlləsi layihəsinin hazırlanması ilə bağlı onun göstərişləri qısa müddət ərzində icra olunmalı idi. Məcəlləsinin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı bu ölkədə investisiya vergi mühitinin əhəmiyyətli şəkildə yaxşılaşmasına gətirib çıxardı. Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə 10 il müddətində ölkə yeni tipli iqtisadiyyata keçiddə layiqli uğurlar qazandı. 1993- ildə xəzinəsi boş, xarici borcları durmadan artan Azərbaycanın indi valyuta ehtiyatları 48 milyard dollara çatıdıra bilib. Təbii ki, bununla dayanmaq olmazdı. İslahatları davam etdirmək lazım idi.

İslahatların elə ilk mərhələsində H. Əliyev 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər digər daxilolmaların vaxtında tam yığılmasını təmin edən vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının - Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etdi. Beləcə, ölkə başçısının tapşırığı ilə vergi xidmətində əsaslı islahatlara start verildi.

2002-2004- illər ərzində Azərbaycanın vergi xidmətinin müasir strukturu yaradıldı bu struktur sistemlilik, funksionallıq, çeviklik, operativlik, koordinasiya olunma güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi. Sonrakı dövrdə vergi islahatları xidmətin modernləşdirilməsinə yönəldildi. Azərbaycan son 10 ildə ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi, vergi xidmətində informasiya texnologiyalarının tətbiqi genişləndirilməsi istiqamətində çox ciddi nailiyyətlərə imza atdı.

Bu gün ümummilli liderin müəyyən etdiyi strategiyaya uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında vergi xidmətinin təkmilləşdirilməsi prosesi böyük sürətlə davam edir. Vergi xidmətində səmərəli nəzarət mexanizmlərinin yaradılmasına, iqtisadiyyatın dəyişən sürətlə artan həcminə adekvat çevik vergi sisteminin qurulmasına nail olunub. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir. Azərbaycanın vergi xidməti regionda ən böyük iqtisadi sistemin xidmətçisidir. Ölkə Prezidenti cənab İlham Əliyev müasir vergi sisteminin qurulması istiqamətində müəyyən etdiyi mühüm tapşırıqlardan biri budur ki, vergi ödəyiciləri ilə münasibətlər dövlət biznesin qarşılıqlı maraqlarına söykənməklə, kütləvi nəzarətdən partnyorluq əlaqələrinə çevrilsin. Məhz bu baxımdan, vergi sistemində son illər ərzində aparılan islahatların əsas xətti xidmətin texnoloji baxımdan inkişafına nail olmaqdı. Bütün bu islahatların nəticəsidir ki, 2003- ildə cəmi 1,5 milyard dollar olan dövlət büdcəsi 2013- ildə 25 milyard dollara çatıb. Ölkədə bir milyon iki yüz mindən çox yeni yeri yaradılıb, işsizlik səviyyəsi 5 %-dək aşağı salınıb. Azərbaycanda yoxsulluq səviyyəsi 2003- ildəki 49 faizdən 2012-ci ilin yekunlarına əsasən 6 faizədək endirilib.

Aparılan islahatların əsas xətti texnoloji baxımdan vergi xidmətinin bütün sahələrinə mütərəqqi dəyişikliklər gətirməkdən ibarət olub. Vergilər Nazirliyi elektron hökumətin tərkib hissəsi hesab ediləcək xidmətlərin elektronlaşdırılması prosesinə 2005-ci ildən başlayıb, vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə geniş bir Dövlət Proqramı həyata keçirib. 2006- ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olub. Bu vahid informasiya məkanında məlumatların saxlanılması emalı imkanını yaratmış, elektron sənəd dövriyyəsini, operativ informasiya mübadiləsini təmin etmək mümkün olub. Nəticədə qısa müddət ərzində sistemdaxili proseslər tam şəkildə elektronlaşdırılmış, vergi sisteminin mobil, geniş diapazonlu texniki imkanları özündə cəmləşdirə bilən texnoloji bazası yaradılıb.

2008-ci ildə ilk dəfə tətbiq olunan "İşə qəbulla əlaqədar elektron ərizə" proqram təminatı 2009-cu ildə tam yenilənərək sabit proqram təminatı kimi formalaşıb. Bununla da vergi xidmətinə işə qəbul tamamilə şəffaf şəraitdə aparılan müsabiqə vasitəsilə həyata keçirilir. Bu sahədə tətbiq edilən mexanizm işçi heyətinin gənc savadlı kadrlarla zənginləşdirilməsi baxımından olduqca müsbət nəticələr verib. Bir sözlə islahatları saymaqla bitirmək olmaz. Demək olar ki, vergi sistemində hər il yenilikləri ilə yadda qalıb. Bu yeniliklərdən biri isə 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılması oldu. "Bir pəncərə" vasitəsilə 306 mindən çox vergi ödəyicisi qeydiyyatdan keçərək dövlət qarşısında öz pöhdəliklərini yerinə yetirdilər. Bu gün sahibkarlıq fəaliyyətində vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslər əsasən elektronlaşdırılıb sahibkarlar vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri vergi əməkdaşları ilə ünsiyyətə girmədən əyata keçirə bilirlər. Təbii ki, bu da əvvəllər ardı-arası kəsilməyən saxtakarlığın qarşısının alınmasında vacib addımlardan sayılır. Onu da deyək ki, elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi ən çox sayda elektron xidmət göstərən dövlət orqanıdır. Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı 57- çatdırılıb ki, onların 51-i artıq faktiki tətbiq olunur. Ölkə baçısının vergi sistemindəki islahatlar Nazirlik tərəfindən yüksək səviyyədə inkişaf etdirilir. Vergilər Nazirliyi qabaqcıl dünya təcrübəsinin tətbiqinə önəm verərək vergi ödəyicilərinə xidmət sahəsində mütərəqqi texnologiyaların ölkəmizə gətirilməsi praktiki tətbiqi sahəsində əhəmiyyətli işlər görüb. Bu yeniliklərdən biri isə 2013- ildən elektron mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzi fəaliyyətə başladı. Mərkəzin yaradılması ilə Azərbaycanın vergi xidmətində yeni bir xidmətin - mobil imza xidmətinin tətbiqinə start vermiş oldu. Bu isə yalnız vergi xidmətində deyil, ümumiyyətlə dövlət idarəetməsi sahəsində yeni bir istiqamət hesab olunur. Təsadüfi deyil ki, Asan İmza layihəsinin işə salınması elektron hökumətdən mobil hökumətə keçid mərhələsi kimi dəyərləndirilir.

Elektron hökumətin qurulması sahəsində görülən işlərin davamı olaraq bu günlərdə Vergilər Nazirlyinin Elektron İmza üzrə Sertifikat Xidmətləri Mərkəzi istifadəyə verilib. Bu mərkəz elektron xidmətlərin elektron imzadan istifadə etməklə həyata keçirilməsi, eləcə onların mobil qurğular vasitəsilə təqdim olunmasını nəzərdə tutur. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə, elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaqdır ki, bu da Azərbaycan təndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına müqavilələrin elektron formada internet üzəridən imzalanmasına şərait yaradacaq. Sistem mobil imza mərkəzi ilə inteqrasiya olunduğundan bütün növ qurğularda audentifikasiya imkanı verəcək. Həyata keçiridiyimiz bu layihə ölkəmizdə internet-mobil bankçılığın inkişafına, nağdsız hesablaşmaların genişlənməsinə təkan verməklə yanaşı, ölkəmizdə elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi dəyərləndirilə bilər. Hazırda Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikasının Fəaliyyət Planından irəli gələn vəzifələr çərçivəsində Avropa İttifaqının texniki dəstəyi ilə "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin stərilməsi" adlı tvinninq layihəsi həyata keçirilir. Avropa İttifaqının dəstəyi ilə MDB məkanında ilk dəfə tətbiq olunacaq bu layihənin reallaşması vergi yoxlamalarında insan faktoru ilə bağlı səhvlərin aradan qaldırılmasına, auditor yoxlamaları ilə bağlı vaxt sərfiyyatının azaldılmasına öz töhfəsini verəcək. Xüsusən riskli iri vergi ödəyicilərinin bütün sahələr üzrə auditi mümkün olacaq, vergidən yayınan vergi ödəyicilərinə qarşı güclü maneə qoyulacaq vergidən yayınma halları tam aşkar olunacaq. Bu da Nazirliyin audit resurslarının tam optimal şəkildə istifadə olunmasına imkan verəcək.

Bu gün digər sahələrdə olduğu kimi, vergi xidmətinin qarşısında yeni, qlobal çağırışlar durur. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası milli vergi sistemi üçün yeni hədəflər müəyyən edib. Vergilər Nazirliyi artıq 2013-2020-ci illər üçün vergi sisteminin strateji inkişaf planı da təsdiq edib. Bu plan çərçivəsində 22 istiqamət üzrə 86 tədbirin həyata keçiriləcəyi nəzərdə tutulub. Onlar əsasən vergi sistemində müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatlardan ibarət olacaqdır. Belə sistem inkişaf etmiş ölkələrin mühüm dövlət təşkilatlarında, o cümlədən vergi administrasiyalarında son 10 il ərzində tətbiq olunur artıq öz səmərəliliyini göstərib.

Odur ki, hər bir sadə vətəndaşın vergidən asılı olduğunu düşünərək vergidən yayınmayaq!

Gültəkin ƏLƏSGƏR
Yazı "Vergilər Nazirliyinin "Vergilər" qəzetinin Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün" verilir.

 





28.05.2014    çap et  çap et