525.Az

Kənd rayonlarında yaşayan şəkərli diabet xəstələri maariflənirlər


 

Kənd rayonlarında yaşayan şəkərli diabet xəstələri maariflənirlər<b style="color:red"></b>

Şəkərli diabet xəstəliyi infeksion xəstəlik olmasa da, hazırda dünyada ən böyük surətlə artan xəstəliyə çevrilib. Belə ki, əgər yaşadığımız 21-ci əsrin əvvəllərində dünyada 280 milyon insan bu xəstəlikdən əziyyət çəkirdisə, hazırda belə xəstələrin sayı 385 milyona çatıb. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 20 ildən sonra belə xəstələrin sayı 500 milyon nəfəri ötəcək.

Şəkərli diabetə tutulmuş xəstələrin belə artımı respublikamızdan da yan keçməyib. Əgər 2006- ildə onların sayı 56 min nəfər idisə, 2014- ilin əvvəlinə artıq 200 min nəfərdən çox insan bu diaqnozla qeydiyyatdadır.

Bu xəstəlik çox məkrli bir təbiətə malikdir, çox vaxt özünü büruzə vermir. Çünki onun əlamətləri özünü açıq göstərmir. Tamam başqa bir xəstəliklə əlaqədar həkimə müraciət etdikdə gözlənilmədən şəkərli diabet diaqnozu qoyulur. Bir çox halda bu xəstəliyin vaxtında aşkar edilməməsi sonralar həmin şəxsin şəkərli diabetdən ağırlaşma hallarına, yəni fəsadlara gətirib çıxarır. Bu fəsadlardan ən çox yer alan ürək-damar, göz xəstəliyi (retinopatiya), böyrək zədələnməsi (nefropatiya) ətraf orqanların amputasiyasıdır. Bu ağırlaşmaların nəticəsində xəstələrin bir çoxu əmək qabiliyyətini itirir, nəticədə əlil olur.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə bütün dünyada səhiyyəyə ayrılan xərclərin 12 faiz şəkərli diabetlə xəstə insanların müalicəsinə sərf edilir. Göründüyü kimi, bu xəstəlik ölkələrə cəmiyyətə səhiyyə, iqtisadi sosial yükü xeyli artıran bir xəstəliyə çevrilib. Odur ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 30 dekabr 2006- ildə diabetlə əlaqədar "Diabetlə ümumdünya mübarizə Günü" Qətnaməsini qəbul edərək hər ilin 14 noyabrını BMT Günü kimi qeyd etməklə bütün üzv dövlətlərə, BMT-nin vafiq təşkilatlarına, vətəndaş cəmiyyətinə, qeyri-hökumət təşkilatları şəxsi mülkiyyət sektoruna müraciət edərək şəkərli diabetin profilaktikası, müalicəsi əhalinin məlumatlandırılmasına ciddi diqqət verilməsinə çağırış edib.

Azərbaycan dövləti, hələ BMT-nin bu Qətnaməsindən əvvəl MDB ölkələri arasında ilk olaraq "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunu qəbul edib. Bu qanun əsasında Azərbaycan respublikası Nazirlər Kabineti "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcmini" (13.05.2005-ci il), qarşıya qoyulan məqsədləri sistemli şəkildə həyata keçirmək üçün iki dəfə dövlət Proqramını təsdiqləyib. Dövlət Proqramlarının həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. 2014- il üçün bu proqramın icrasına 35.4 milyon manat pul ayrılıb. Bu vəsait hər bir şəhər rayonlarda yaşayan şəkərli diabet xəstələrinin sayına görə ünvanlı olaraq yerli büdcələrə köçürülür.

Şəkərli diabet xəstəliyi məlum olduğu kimi qanda şəkərin miqdarının artması ilə müşahidə olunan bir xəstəlikdir. Bu xəstəliyə tutulan hər bir şəxs əyər lazımi profilaktik tədbir müalicə almasa onda qəbul etdiyi qidanın tam enerjiyə çevrilməməsi səbəbindən qanda şəkərin miqdarı artır, bu halda insan özünü narahat hiss edir. Yuxarıda göstərdiyimiz kimi əyər xəstə vaxtında profilaktik tədbirlərə, müalicəyə, pəhriz fiziki fəallığa biganə qalarsa onda səhhətindəki ağırlaşmaların yaranacağı çox vaxt qaçılmaz olur. Odur ki, belə xəstələr həkim-endokrinoloqların tövsiyələri ilə yanaşı daima bu sahədə biliklərini artırmalı, maariflənməlidirlər. Bu məlumatları öyrənib onları gündəlik nəzarətə götürmək artıq bir çox illərdir ki, dünya təcrübəsində tibb müəssisələrində təşkil edilmiş Diabet Məktəbləri vasitəsilə həyata keçirilir.

Beynəlxalq Diabet Federasiyasının üzvi olan Azərbaycan Diabet Cəmiyyəti (ADC) respublikada Diabet Məktəblərinin təşkil edilməsində müəyyən işlər görüb. ADC Beynəlxalq Diabet Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzi (İSİM) ilə tərəfdaşlıq səviyyəsində 2011-2013- illərdə "Azərbaycanda Diabet Məktəblərinin təşkili" mövzusunda layihəni həyata keçirib. Layihə çərçivəsində Bakı (İSİM-in bazasında), Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran Şirvan şəhərlərindəki tibbi müəssisələrində təşkil edilmiş Diabet Məktəblərində 4000 nəfərədək şəkərli diabet xəstəsi risk qrupuna aid olan şəxslər burada proqram əsasında təlimlər keçiblər.

ADC-nin bu sahədə növbəti hədəfi kənd rayonlarında yaşayan şəkərli diabet xəstələrinin maariflənməsi olub. Bu məqsədlə hazırladığımız layihə bu ilin əvvəlində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən bəyənilib maliyyə vəsaiti ayrılıb. "Bərdə, Qax, İmişli Balakən rayonlarında yaşayan şəkərli diabetlə xəstə insanların maarifləndirilməsi məqsədilə Diabet Məktəblərinin təşkilinə ictimai dəstək" mövzulu bu layihəyə mayın 1- Balakən rayonunda start verildi. Onu qeyd etmək yerinə düşərdi ki, bu yaşıllıqlar qoynunda yerləşən şəhərdə Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin göstərişi ilə tikilmiş bu Mərkəzi Rayon Xəstəxanası (MRX) kompleksi respublikada ən gözəl olub xəstələr tibb heyəti üçün böyük xidməti imkanları olan bir tibb müəssisəsidir.

MRX-nın akt zalında yığılmış şəkərli diabetlə xəstə insanlara onların öz xəstəliklərinin idarə etmələri yolları, xüsusilə özünənəzarətin həyata keçirilməsi, sağlam həyat tərzinin birmənalı olaraq qəbul edilməsi barədə maarifləndirici söhbətlər aparıldı. Layihənin rəhbəri kimi mən onlara bu məqsədlə Diabet Məktəbinin təşkil edilməsinin əhəmiyyətindən danışdım. Tədbirdə iştirak edən şəxslər diabet məktəbinin təşkil edilməsini böyük məmnuniyyətlə qarşıladılar. Təlimlər təsdiq edilmiş proqram əsasında aparılacaqdır. Şəkərli diabetlə xəstə şəxslərin qandakı şəkərin miqdarını müəyyən etmək üçün layihə çərçivəsində bu məktəblərə qlyukometr, test-çubuqcuqlar, tonometr hər bir təlim keçənə "Şəkərli diabet Tip 2 xəstələri üçün Məlumat kitabçası" veriləcək.

Bundan sonra ADC Qaxda, Bərdədə İmişlidə şəkərli diabetlə xəstə insanlarla belə tədbirlər keçirmiş rəsmi olaraq bu rayonların Mərkəzi Xəstəxanalarının poliklinika şöbələrində Diabet Məktəblərini təşkil edib. Göstərilən rayonların Mərkəzi Xəstəxanalarının baş həkimlərinin verdikləri əmrlər əsasında bu Diabet Məktəblərində təlimlər layihə çərçivəsində bitdikdən sonra da onların fəaliyyəti davam etdiriləcək.

Akif MUXTAROV
Azərbaycan Diabet Cəmiyyətinin sədr
müavini

 





28.05.2014    çap et  çap et