525.Az

Lavrov Kerriyə Kiyev tərəfindən xüsusi əməliyyatın dayandırılmasının zəruriliyini bildirib


 

Lavrov Kerriyə Kiyev tərəfindən xüsusi əməliyyatın dayandırılmasının zəruriliyini bildirib<b style="color:red"></b> Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Ukraynada keçirilmiş prezident seçkilərinin vəziyyətini müzakirə edib və Kiyev tərəfindən ölkənin cənub-şərqində xüsusi əməliyyatların dayandırılmasının zəruriliyini vurğulayıb.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə RF XİN-dən bildirilib.

"Həmçinin mayın 25-də Ukraynada keçirilmiş prezident seçkiləri kontekstində kəskin daxili böhranın müxtəlif aspektlərinə toxunulub", - Rusiya İdarəsinin saytında çərşənbə günü dərc olunmuş məlumatda deyilir.

XİN-dən qeyd edildiyi kimi, xarici siyasət idarələri rəhbərləri arasında telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib. Lavrov və Kerri "sıx işgüzar əlaqələri davam etdirmək" məsələsində şərtləşiblər, Moskvada vurğulanılıb.

Xarici siyasət idarələrinin rəhbərləri Suriyadakı kimyəvi tərksilah prosesinin başa çatması ilə vəziyyəti müzakirə ediblər, XİN-də əlavə ediblər.
 





29.05.2014    çap et  çap et