525.Az

Bakıda yanğın zamanı bir nəfər ölüb


 

Bakıda yanğın zamanı bir nəfər ölüb<b style="color:red"></b> Bakıda birmərtəbəli ev yanıb, ölən var.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 1980-cı il təvəllüdlü Samir Ələhməd oğlu Əliyevə məxsus ümumi sahəsi 90 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kvadrat metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilib. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 





29.05.2014    çap et  çap et