525.Az

Bir ayın əsgəri xəstəlikdən ölüb


 

Bir ayın əsgəri xəstəlikdən ölüb<b style="color:red"></b>

 Daxili Qoşunların əsgəri xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların hospitalında qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib.
 
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün əsgər S. Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, S. Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





29.05.2014    çap et  çap et