525.Az

28 may - Respublika günü Pakistanda geniş miqyasda qeyd edilib


 

28 may - Respublika günü Pakistanda geniş miqyasda qeyd edilib<b style="color:red"></b>

27.05.2014-cü il tarixində İslamabadın Marriott mehmanxanasında 28 May Respublika Günü münasibəti ilə keçirilmiş təntənəli mərasim Pakistan mediasında geniş işıqlandırılıb.

Belə ki, ölkənin nüfuzlu qəzetlərindən olan “Pakistan Observer”, “The News”, “Daily Times” və “The Nation” qəzetlərinin 28-29 may tarixli saylarında tədbir haqqında məqalələr dərc edib,  PTV, VAKT TV, SUCH TV yerli televizya kanallarında reportajlar göstərilib.
 
Məqalələrdə, mərasimə qatılan nüfuzlu qonaqlar Senatının Sədr müavini, Dini İşlər və Dinlər Arası Harmoniya, Fövqəladə Hallar naziri, Ticarət naziri, Pakistan Senatı və Milli Assambleyanın üzvləri, Pakistanın tanınmış siyasətçiləri, Pakistan ordusunun generalları və digər  yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və digər qonaqlar müstəqil Azərbaycanın nailiyyətləri, zəngin mədəniyyəti, mətbəxi, incəsənəti ilə bir daha tanış olduqları qeyd olunub. Bildirilib ki, Azərbaycandan gəlmiş muğam ustalarının tədbirdə Azərbaycan musiqi kompozisiyalarının ifaları isə tədbirə xüsusi rəngarənglik verib, çoxsaylı qonaqları olduqca məmnun edib. Xüsusi ilə, Pakistanın bir sıra əhəmiyyətli nazirlərinin və dövlət xadimlərinin  mərasimə  qatılması qəzetlərdə  Pakistanın qardaş Azərbaycana göstərmiş olduğu diqqətin bariz nümunəsi kimi qiymətləndirilib. 

Yazılarda Azərbaycan və Pakistan arasında münasibətlərin dərin tarixi-mədəni köklərə arxalandığı, son 23 ildə bu əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb, iki ölkənin demək olar ki, bütün taleyüklü məsələlərdə eyni mövqedən çıxış etdiyini bildiriblər. 

Dərc edilmiş məqalələrin tam mətnləri ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür: 

http://epaper.pakobserver.net/201405/29/islamabad-1.php

http://pakobserver.net/detailnews.asp?id=242852

http://www.nation.com.pk/islamabad/29-May-2014/azerbaijan-national-day-celebrated

http://dnanews.com.pk/wp/wp-content/uploads/2014/05/DNA-28-01.jpg

http://www.pakistanintheworld.com/node/3335

http://epaper.metrowatch.com.pk/

  

Bütün bunlarla yanaşı, Respublika günü ərəfəsində Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer” və “Pakistan in the world” qəzetlərində Azərbaycanın Səfiri D. Şikarovun “Müsəlman Dünyasında ilk Demokratik Respublika” adlı məqaləsi həmçinin ingilis, urdu və ərəb dilli “Diplomatic İnsight” jurnalında respublika Günü ilə bağlı müraciəti, “Metro Watch” qəzetinin Azərbaycana həsr edilmiş xüsusi buraxılışı dərc edilib.

 

Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.

 

http://pakobserver.net/detailnews.asp?id=242703

 

http://epaper.metrowatch.com.pk/newspaper/2014/05/27/?pg=6

 

http://www.pakistanintheworld.com/content/azerbaijan-first-democracy-muslim-world

 





29.05.2014    çap et  çap et