525.Az

Hacıqabulda silahlı insident baş verib


 

Hacıqabulda silahlı insident baş verib<b style="color:red"></b> Bu gün Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində silahlı insident olub.

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəsəbədə yerləşən “Nur” kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib.

İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəngi təhvil verib.
 
Hadisənin səbəbləri araşdırılır.
 





29.05.2014    çap et  çap et