525.Az

Sabah İlyas Əfəndiyevin "Büllür sarayda" pyesi əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək


 

Sabah İlyas Əfəndiyevin "Büllür sarayda" pyesi əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək<b style="color:red"></b> Mayın 30-da Dövlət Rus Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibəti ilə yazıçının "Büllür sarayda" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
 
APA-nın məlumatına görə, yeni tamaşa münasibəti ilə mətbuat konfransı keçirən xalq artisti Aleksandr Şarovski bildirib ki, yubiley münasibəti ilə teatrın "Büllur sarayda" tamaşasına müraciət etməsi təsadüfi deyil.
 
"Bu əsər İlyas Əfəndiyevin həm müasir, həm də klassik əsəri hesab olunur. Ona görə də, biz məhz bu tamaşa ilə çıxış etməyi qərar aldıq. İlyas Əfəndiyev bu əsərində müxtəlif insan xarakterləri yaradıb ki, həmin xarakterlər bu gün üçün də aktualdır".
 
A. Şarovski əlavə edib ki, teatr bu tamaşa ilə beynəlxalq festivallarda iştirak etməyi planlaşdırır.
 
"Büllur sarayda" səhnə əsəri dövlət sifarişi ilə hazırlanıb. Tamaşanın rejissoru xalq artisti Aleksandr Şarovski, dekorasiya üzrə rəssamı Aleksandr Fyodorov və Səkinə Zeynalova, kostyum üzrə rəssam Olqa Abbasova, bəstəkarı Vaqif Heydərzadədir.
 
Səhnə əsərində xalq artisti Fuad Poladov, əməkdar artist Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Baliyeva, aktyorlar Həcər Ağayeva, Olqa Arsentyeva, Rüfət Nəzərov, Cövdət Şükürov, İnna İmranova, Ramil Əliyev, Rüstəm Kərimov, Fatimə Əliyeva, Olesya Qasımova, Oksana Vatolina və Nadir Abdürəhimbəyov çıxış edəcəklər.
 





29.05.2014    çap et  çap et