525.Az

7 yaşlı “Motsart” (VİDEO)


 

7 yaşlı “Motsart”<b style="color:red"> (VİDEO)</b>

7 yaşlı Alma Deutscher ilk operasını bəstələyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ingilis vətəndaşı 7 yaşlı Alma Deutscher özünün ilk operasını bəstələyib. Övladının bu istedadını görən valideynlər iki yaşında notları əzbərləyən qızcığazın 3-cü doğum günündə ona kamança hədiyyə ediblər.

Yuxusunda Motsartın mahnı bəstələdiyini görən qızcığaz ayıldıqdan sonra onu çalmağa başalyıb. Kamança səsini eşidən valideynlər övladlarının ifasını video ilə görüntüləyərək sosial şəbəkələrdə yayıblar.

Sosial şəbəkələrdə dəfələrlə izlənilən bu video hər gün 7 yaşlı “Motsart”ın şöhrətini daha da artırır. Qeyd edək ki, Alma 6 yaşında ikən özünün ilk sonatasını, 7 yaşında isə ilk operasını bəstələyib.

Nigar Məhərrəm

 





23.10.2012    çap et  çap et