525.Az

Brüsseldə Respublika günü qeyd edilib


 

Brüsseldə Respublika günü qeyd edilib<b style="color:red"></b>

Mayın 28-də Brüsseldə Avropada Azərbaycanlı Təcrübəçilər Təşkilatı tərəfindən Azərbaycanın Respublika günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqı yanında səfirliyinin, Azərbaycanın NATO yanında nümayəndəliyinin, həmçinin ARDNŞ-ın Belçika nümayəndəliyinin əməkdaşları, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda təcrübə keçən azərbaycanlı gənclər, eləcə də Belçikada təhsil alan azərbaycanlı tələbələr və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə həmçinin Avropa Parlamentinin sabiq üzvü, “Yaşıllar Partiyası”ndan seçilmiş ilk avroparlamentari Frank Şvalba-Hot da iştirak edib.

Görüş zamanı azərbaycanlı gənclər və diplomatlar yaxından tanış olmaq, Belçikada təhsil və iş təcrübəsi ilə bağlı fikirlərini paylaşmaq imkanı qazanıblar.

Tədbir iştirakçıları üçün Azərbaycan Demokratik Respublikası tarixi ilə bağlı viktorina keçirilib. Suallara cavab verənlər hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, tədbir ARDNŞ-ın sponsorluğu ilə baş tutub.
 

 





29.05.2014    çap et  çap et