525.Az

Erməni separatçıları Azərbaycanın təbii sərvətlərini talayır


 

Erməni separatçıları Azərbaycanın təbii sərvətlərini talayır<b style="color:red"></b>

Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarət edən separatçı rejim təbii sərvətləri talamaqda davam edir.

APA-nın lragir.am saytına istinadən xəbərinə görə, separatçılar Ermənistan şirkətlərindən biri ilə birlikdə işğal olunmuş ərazidə kömür hasilatına başlamaq qərarına gəlib.

Bildirilir ki, hazırda Dağlıq Qarabağda dağ-mədən sənayesinin inkişafı müşahidə olunur. Azərbaycanın işğal olunmuş Ağdərə və Kəlbəcər rayonlarında isə qızıl və mis hasil olunur.

 





23.10.2012    çap et  çap et