525.Az

ARDNŞ Xızıda qazpaylama stansiyasında baş vermiş bədbəxt hadisəyə münasibət bildirib


 

ARDNŞ Xızıda qazpaylama stansiyasında baş vermiş bədbəxt hadisəyə münasibət bildirib<b style="color:red"></b>

 Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Xızı rayonunda qazpaylama stansiyasında baş vermiş bədbəxt hadisəyə aydınlıq gətirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 12:30 radələrində Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər işləyən 1980-ci il təvəllüdlü Elnur Fətulla oğlu Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucuya xidmət göstərən zaman baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Belə ki, E. Ağayev yüksək təzyiqli qaz xəttini üzərində təmir işləri apardığı zaman qaz xəttinin filtri yerindən çıxaraq onun üzünə zərblə dəyib. O, hadisə yerində keçinib.
 
Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

 





29.05.2014    çap et  çap et