525.Az

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək


 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov İmişli şəhərində ətraf bölgələrdə əhatə olunmaqla, vətəndaşların qəbulunu keçirəcək.
 
Komitənin İctimaiyyətlə əlaqədar sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbul iyunun 5-də keçiriləcək. Qəbulda İmişli şəhəri ilə yanaşı, Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının vətəndaşları da iştirak edə bilərlər.
 
Qeyd edək ki, qəbul saat 10.00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq.
 





29.05.2014    çap et  çap et