525.Az

Moskvada Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müzakirə olunacaq


 

Moskvada Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müzakirə olunacaq<b style="color:red"></b> Moskvada Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müzakirə olunacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.


Danışıqlar Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovun iyunun 5-6-da Moskvaya səfəri çərçivəsində keçiriləcək.


Səfər RF Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə baş tutacaq.

Səfir bildirib ki, Azərbaycan spikerinin səfər çərçivəsində Federasiya Şurasının sədri Valentina Matviyenko və Baş nazirin müavini Dmitri Roqozinlə görüşləri planlaşdırılıb.
 





29.05.2014    çap et  çap et