525.Az

Zakir Həsənov Gürcüstan prezidentiylə görüşüb


 

Zakir Həsənov Gürcüstan prezidentiylə görüşüb<b style="color:red"></b> Gürcüstana səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov prezident Georgi Marqvelaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş jurnalistlər üçün qapalı keçirilib.
 
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Gürcüstan dostluq münasibətləri və digər vacib məsələlər müzakirə olunub.
 
Mayın 30-da Azərbaycanın müdafiə naziri həmkarı İrakli Alasaniya ilə birlikdə Batumidə Gürcüstanın Polis Gününə həsr olunan tədbirə qatılacaq.
 
Z. Həsənovun Batumidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü də gözlənilir
 





29.05.2014    çap et  çap et