525.Az

“Şahdəniz-II” və TANAP-da payların artırılması ilə bağlı müqavilə imzalanacaq


 

“Şahdəniz-II” və TANAP-da payların artırılması ilə bağlı müqavilə imzalanacaq<b style="color:red"></b>

 Bu gün İstanbulda (Türkiyə) “Şahdəniz-II” və “TransAnadolu” Təbii Qaz Boru Kəməri (TANAP) layihələrində payların artırılması ilə bağlı imzalanma mərasimi təşkil olunacaq.

TANAP-dan “APA-Economics”ə verilən məlumata görə, imzalanma mərasimində Azərbaycan tərəfindən energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin, Türkiyə tərəfdən isə bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın iştirak edəcəyi gözlənilir.
 
İmzalanma mərasimində dörd razılaşma sənədinin imzalanacağı gözlənilir. Bunlardan birincisi TPAO – “Total” hissəsinin alışıdır ki, bu sənədi TPAO-nun baş direktoru Besim Şişman və “Total-Azərbaycan”ın baş direktoru Kristian Qudiçelli (Christian Giudicelli) imzalayacaqlar. İkinci sənəd  Türkiyənin “Botaş” və ARDNŞ arasında TANAP hissələrinin alış-satışı barədə müqaviləsinin imzalanmasıdır. Sənədi “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ prezidenti və TANAP-ın İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev imzalayacaqlar.
 
Bu gün imzalanacaq 3-cü razılaşma sənədi “Botaş” və TANAP qaz daşınması anlaşmasıdır ki, bu sənədi “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ prezidenti və TANAP-ın İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev imzalayacaqlar.
 
İmzalanacaq sonuncu dördüncü sənəd Türkiyə  ilə Azərbaycan Hökumətlərarası  TANAP–la bağlı razılaşma protokolu imzalanacaq. Bu sənədi Azərbaycan hökuməti adından Azərbaycanın energetika naziri Natiq Əliyev və Türkiyə adından bu ölkənin  Türkiyənin enerji və təbii sərvətlər  naziri Taner Yıldız imza atacaqlar.
 
Xatırladaq ki, hazırda Türkiyənin TPAO şirkəti “Şahdəniz 2” layihəsində 9%, “Botaş” şirkəti isə TANAP layihəsində 20% paya malikdir. Bu gün imzalanacaq müqavilələrə əsasən Türkiyə tərəfinin “Şahdəniz 2” layihəsindəki payı 9%-dən 19%-ə, TANAP layihəsindəki payı isə 20%-dən 30%-ə artırılacaq. Hazırda “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (9%). Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir.
 
TANAP tərəfdaşları isə bu şirkətlədir: ARDNŞ, operator (68%), BOTAŞ (20%) və BP (12%)..Sənədlər imzalandıqdan sonra layihədə ARDNŞ-in payının hazırkı 68%-dən 58%-ə düşəcəyi gözlənilir.
 
Qeyd edək ki, Azərbaycanın ən böyük təbii qaz yataqlarından biri olan "Şahdəniz- 2”dən  çıxarılacaq qazın 2019-cu ildən etibarən TANAP ilə Türkiyəyə, oradan da Avropaya çatdırılması planlaşdırılır. İllik 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini Türkiyə öz daxili istehlakı üçün istifadə edəcək. 10 mlrd. kubmetr qaz isə “TransAdriatik” Qaz Boru Xətti (TAP) ilə Avropaya daşınacaq.

 





30.05.2014    çap et  çap et