525.Az

Əbülfəs Qarayev: “Bu il Azərbaycana gələn turistlərin sayi 7 faiz artıb”


 

Əbülfəs Qarayev: “Bu il Azərbaycana gələn turistlərin sayi 7 faiz artıb”

Ümumdünya Turizm Təşkilatında (ÜTT) Azərbaycan üçün xüsusi iş yeri açılıb.

525.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ötən il Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu təşkilatda Azərbaycana xüsusi iş yerinin açılmasına söz verib və artıq bu proses həyata keçirilib: “Artıq Ümumdünya Turizm Təşkilatında Azərbaycanın nümayəndəsi çalışır”.

Nazir onu da deyib ki, turizm sahəsində bu ilin nəticələrinə görə, Azərbaycana gələn turistlərin sayında ötən ilə nisbətən 7 faiz artım var: “Azərbaycan bu il turizm sənayesində 7 faiz artırma nail olub. Bu da yeni açılan mehmanxanalar, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən irəli gələn inkişafdır”.

BƏXTİYAR

 





06.09.2012    çap et  çap et